HAQQIMIZDA
Tarix : 2011-09-06 | Baxılıb : 63632
Font Ölçüsü:   |  

Azərbaycan iqtisadiyyatının azad inkişafı onun müstəqilliyi ilə həmyaşıddır. Qloballaşan dünyanın artıq bir çox tələbləri var ki, onlara uyğunlaşmaq və tələbə uyğun hərəkət etmək lazım gəlir. Orta təbəqənin əsas inkişafı məhz orta sahibkarlığın inkişafından asılıdır. Bu yolda isə şirkətlərin dadına marketinq çatır. Marketinq artıq bir elm sahəsi olmaqdan çıxaraq sənətə çevrilməyi bacarıb. Marketinq müştərini anlamaq, onun istəyinə uyğun hərəkət etmək sənətidir həm də.

Azərbaycanda marketinq ilk öncə kiçik çaplı şirkətlərdə özünə yer tapdı, inkişaf etdi. Lakin çox keçmədi ki, böyük şirkətlər də dərk etməyə başladılar ki, nə qədər böyük olurlarsa-olsunlar, müştəri dəyişkəndir, o istədiyi vaxt "sizi qoyub gedə bilər". Xüsusən qlobal iqtisadi böhrandan sonra bir çox şirkətlərin tələb listində birinci yeri ixtisaslı marketinqyönlü kadrlar təşkil etməyə başladı. Sevindirici haldır ki, çox az zaman keçməsinə baxmayaraq şirkətlərin marketinq aktivliyi və onun keyfiyyəti ilbəil müsbət yöndə artmaqdadır. Buna Azərbaycanda marketinqin I mərhələsi də demək olar. I mərhələ daha çox görüb götürmə, eynilə tətbiq etmə kimi xüsusiyyətlər daşıyıb, daha çox uyğunlaşdırma kimi xüsusiyyətləri ehtiva edib. Marketinqin Azərbaycanda II mərhələsi ilə milli-mədəni dəyərləri daha dərindən öyrənən və onu müasir marketinq fəndləri ilə düzgün uyğunlaşdıran bir nəsil yetişməkdədir. Gələcəyə bu baxımdan ümidlə yanaşmaq olar. Lakin mənfi cəhəti ondadır ki, başqa sahələrdə olduğu kimi marketinqdə fərdiçilik, başqasının etdiyindən öyrənmək, düzgün yönə istiqamətləndirmək əvəzinə "babam mənə kor deyib, nə gəldisə, vur deyib" prinsipi ilə yanaşaraq fəaliyyət göstərənlər.

Bu və bunun kimi digər əksiklikləri aradan götürmək üçün bütün marketerlərin ortaq meydanı olan FACEMARK.AZ-ı açmaq qərarına gəldik. 21 oktyabr 2011-ci ildən saytımız rəsmi olaraq fəaliyyətə başlayıb. Sloqanımız da çox sadədir: Marketinqin Üzü. Yəni marektinqin real vəziyyəti, potensial imkanları olduğu kimi, əməyə hörmətlə, inkişafa yönəlik tənqidlərlə o üzün formalaşdırmasında meydan rolunu oynamaq və nəticədə marketinqin Azərbaycanda inkişafında az da olsa xidmət göstərmək istəyirik və bunu bacaracağımıza əminik.

Ana və sub-bölmələrin izahı:

Saytımızda bir-birindən fərqli, yaradıcı bölmələrlə fərqlənirik. VAR adlı bölmələrin içində DƏRKETİNG ana bölməsinin içində bu işdə bir niş var, fmr sorğu, digimark, ecolife kimi yeni və fərqli mövzular yer alır. Bu işdə bir niş var bölməsi bazarda hələ tutulmamış niş sahələrin özəlliklərindən bəhs edir. Digimark - digital marketinq aləmində baş verənlər, fmr sorğu - facemarkın keçirdiyi sorğu, araşdırmalar, ecolife isə marketinq və biznes jurnalı olan EcoLife dərgisinin materiallarıdır. Marketinq həm də ətrafda baş verənləri dərk prosesi olduğundan ana bölməmizi dərketing adlandırdıq.

Ordan-burdan ana bölməsində isə marketinqə aid dünyada baş verənlər qeyd olunur.

Daha Nələr ana bölməsi də oxuyucular üçün çox maraqlı ola biləcək sahələri əhatə edir. Bu ana bölmənin içində Brandmarker, Buna Bir Adver, Yazırlar, BlogAİR, Vakansiyalar, Partnyorlar adlı bölmələr var. Brandmarker Boğaziçi Universiteti ilə birgə əməkdaşlığımız sayəsində hər il Azərbaycanlı iştirakçıların Türkiyədəki konfransda iştirakı üçün yaradılıb. Buna bir adver yerli bazarda marketinqə aid baş verənləri əhatə edir. Yazırlar isə facemark.az-da yazar qismində iştirak edənlərin yazılarının qeyd olunduğu bölmədir. Vakansiyalarda marketinq, reklam sahəsilə əlaqəli boş vakansiyalar, BlogAİR-də hər il keçirilən Milli Bloq yarışmasının məlumatları, Partnyorlar-da isə facemark.az-ın partnyoru olduğu yerli və xarici reklam festivalları haqqında məlumat var.

Bundan əlavə saytımızın digər mühüm özəlliyi isə tələbələr üçün xüsusi böyük bir bölmənin olmasıdır. E-tələbə adlı bu bölmədə kurs işləri, referatlar, dissertasiya işləri, e-kitablar, faydalı linklər və s. tədris xarakterli məlumatlar yer alır. Saytımız həm də təcrübə keçmək istəyən tələbələr üçün əsl keçid rolunu oynayacaqdır. Azərbaycanın ən məşhur univeristetləri ilə partnyorluq müqavilələri imzalanaraq şirkətlər və tələbərlərin ortaq görüşlərinin təşkil olunması da planlarımıza daxildir. Vakansiyalar bölməsi vasitəsilə şirkətlər və birbaşa işə qəbul olmaq istəyənlər arasında əlaqənin yaradılmasında da yaxından iştirak etməyi düşünürük.

Marketing AİR - Azərbaycanda Praktiki Marketinq Təlimləri olaraq Facemarkın layihəsi olaraq fəaliyyət göstərir. Dinləyicilərlə marketinq haqqında nəzəri və praktiki bilikləri paylaşır.

Seçilmiş Xəbərlər bölməsində isə oxuyucular üçün daha faydalı hesabt etdiyimiz xəbərləri paylaşırıq. Əsasən şəxsi inkişaf, NLP və digər mövzuları əhatə edir.

Sonda saytın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin hörmət və ehtiramlarımızı çatdırırıq.

Daha faydalı ola bilmək ümidilə,