Buna bir ad ver » 11 fevralda keçiriləcək Satış Forumunun spikerləri bəlli oldu!
Tarix : 2017-01-25 12:29:43 | Baxılıb : 509
Font Ölçüsü:   |  

Xəbər verdiyimiz kimi 11 Fevral Sat group, Marketing AIR və Facemark.az təşkilatçılığı ilə Metroparkda ölkəmizin ilk satış forumu keçiriləcək. Forumda satış sahəsində lider şirkətlərin nümayəndələri böhran dövründə satış strategiyasından, satışın artırılması üçün həll yollarından və əldə etdikləri nəticələrdən danışacaq.

Beləliklə, GILAN Holdinq, Embawood, German studio və satış-konsaltinq sahəsi üzrə ixtisaslaşan Sat group şirkətinin rəhbər şəxsləri iştirakçılarla öz təcrübəsini paylaşacaq. Həmçinin, Türkiyənin brendinq sahəsində top üçlüyündə yer alan Güven Borça da forumda spiker kimi iştirak edəcək.

Satış üzrə məsul şəxslər, biznes sahibləri və bu sahəyə marağı olan hər kəs forumda iştirak edə bilər. Biletin qiyməti 25 manatdır.

Bileti 4 yolla əldə edə bilərsiniz:

1) satforum.az saytında onlayn sifarişlə;

2) Facebook.com/satforum.az səhifəsindən onlayn sifarişlə;

3) (+994 50) 241 11 43 nömrəsinə zəng etməklə;

4) www.kassir.az saytından online sifariş verməklə.

Saytımızın hazırlanmasında bizə köməklik göstərdikləri üçün Azerizone şirkətinə Təşəkkür edirik. Eləcə də çəkiliş tərəfdaşımız Konsis, çap-promo tərəfdaşımız Antaris, media tərəfdaşımız New Media, hotel tərəfdaşımız New Baku Hotel, digər dəstəkçilərimiz Digital AİR, Kassir.az, Admedia, Grow Center, Skal International Baku şirkətinə Təşəkkür edirik!

Bu bölməyə aid digər xəbərlər.