Buna bir ad ver » 11-ci Qafqaz Beynəlxalq Mehmanxana Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi
Tarix : 2017-03-15 16:31:18 | Baxılıb : 140
Font Ölçüsü:   |  

6-8 aprel tarixində Bakı Ekspo Mərkəzində 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar “HOREX Caucasus 2017” sərgisi keçiriləcək.

Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır.

Sərgini hər il bir çox istehsalçı şirkətlər, məhsul təchizatçıları, ekspertlər, eləcə də geniş istehlakçı auditoriyası ziyarət edir.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qısmində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il sərgidə yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları təqdim edən Azərbaycan, Hindistan, İsveçrə, Rusiya və digər ölkələrin şirkətləri iştirak edəcəklər.

Beləliklə, “HOREX Caucasus” sərgisi Azərbaycanda intensiv inkişaf edən otel biznesinin tələbatlarını əks etdirməklə yanaşı, Azərbaycanın otel və restoran sənayesinin peşəkarları üçün ideal işgüzar platformaya çevriləcəkdir.

Bu bölməyə aid digər xəbərlər.