Ordan-Burdan » 2016-cı ilin ən yaxşı Milad reklamları
Tarix : 2016-12-26 12:08:21 | Baxılıb : 367
Font Ölçüsü:   |  

Hər il brendlər qış bayramı üçün xüsusi reklam çarxları hazırlayır: kimisi ailə dəyərlərini xatırladır, kimisi isə izləyicidə sadəcə təbəssüm yaratmağa çalışır. Sizə aşağıda bu ilin ən yaxşı Milad reklamlarını təqdim edir və bu bayramın ab-havasını bizimlə bərabər yaşamağı təklif edirik.

Reklam çarxları YouTube-da baxış sayının artan sırası ilə düzülmüşdür.

10. Onuncu yerdə Pornhub-ın reklan çarxı qərarlaşıb. Şirkət hesab edir ki, bu bayram axşamında heç kim tək qalmamalıdır.

9. Fikrimizcə Hithrou hava limanında bu reklamını hamı xatırlayır: bir cüt ayıcıq öz nəvələrini görməyə gedir. Bu ayılar demək olar ki, 5 milyon baxış yığıblar.

8. Britaniyanın M&S şirkəti bu il Missis Klausun gizli həyatı haqqında video çarx hazırlayıb. O, bacısını sevindirmək istəyən bir balaca oğlanın köməyinə gəlir. Video 7,8 milyon baxış yığıb.

7. Hətta bədheybətlər də Miladı qeyd etmək istəyir. Apple-ın Frankinşteynin bədheybətilə çəkdiyi videoçarx 8 milyondan çox baxış yığıb.

6. Ues Andersenin H & M üçün çəkdiyi qısa metrajlı filmi YouTube-da artıq 9 milyon baxış yığıb. Baş rolda Edrian Broudi çəkilib.

5. Bir çox markalar elə bil sözləşərək bu il eyni vacib ideyanı irəli sürürlər: "Ən yaxşı hədiyyə - Sizin zamandır”. Bu mövzuda olan Alman reklam çarxı YouTube-da 10,2 milyon baxış yığdı.

4. Bu ilin ən təsirli Milad çarxlarından biri – ingilis dilini öyrənən polşalı baba haqqındadır. Polşa brauzeri haqqında reklama təxminən 13 milyon dəfə baxılmışdır.

3. Növbəti ailə dəyərlərini əks etdirən bayram çarxı Sainsbury's-dən olan The Greatest Gift-dir. Ailənin atası hədiyyələri almağı çatdırmır və özünün oyuncaq versiyasını köməyə çağırır. Çarx 16.7 milyon baxış yığıb.

2. Batutdakı xoşbəxt it reklamına demək olar ki, hamı baxıb. Çarx YouTube-da 24 milyondan çox baxış yığıb.

1. Huawei şirkəti bayram reklamında tamaşaçılarını heç olmasa ildə bir dəfə öz smartfonlarından ayrılmağa çağırır. Reklam 30,5 milyon baxış yığıb.

Bu bölməyə aid digər xəbərlər.