Buna bir ad ver » 5 Milyard Dollarlıq kosmik gəmini xatırladan kompleks “Apple Park”
Tarix : 2017-03-02 13:33:53 | Baxılıb : 318
Font Ölçüsü:   |  

Apple maraqla gözlənilən və istehsalına 2013-ci ildə başlanan yeni kompleksin Aprel ayında açılacağını bildirib. 708 min kvadrat kompleksə , 12 mindən çox işçisi olan Apple-ın təxminən altı ayda yerləşəcəyi planlaşdırılıb.

Apple Park, Apple şirkətinə ev sahibliyi edən Kaliforniyanın Cupertino bölgəsində yerləşir. Apple Jobsun adını nəhəng konfrans binasına verərək onun xatirəsini yaşadacaqlarını ifadə etdi. Necə ki, universitetin planlaması Steve Jobs tərəfindən edilmişdi. Steve Jobs Theatre adı verilən, “Apple Park”ın ən yüksək təpələrindən birində yerləşir. Min nəfərlik auditoriya bu il içində açılacaq. Yeni kompleks, dizaynı səbəbiylə uzaqdan bir kosmos gəmisini xatırladır. Foster + Partners əməkdaşlığı ilə hazırlanan quruluşda 464 min 500 kvadrat metrlik asfalt və beton sahəsi yaşıl sahəyə çevrilir.

100% yenilənən enerjiylə işləyəcək olan kompleksdə 9 min yerli və quraqlığa dayanıqlı ağaclar olacaq. Üstəlik damında yerləşən 17 MWe elektrik gücü dəyərindəki günəş panelləri sayəsində Apple Park dünyadakı ən böyük günəş enerjisi sisteminə sahib təsis olunacaq. İlin doqquz ayında istilik və ya kondisioner istifadə edilmədən, dünyanın ən böyük təbii havalandırma binası olacaq.

Apple Park xalqa açıq bir Apple Store və kafe ilə ziyarətçilərini qonaq edəcək istiqamətində çıxan xəbərləri hələlik rədd etdi. Kompleksin içində 9 min 290 kvadrat metrlik bir idman salonu, təhlükəsiz araşdırma və inkişaf etdirmə müəssisələri olacaq. Halqanın daxili hissəsindəki park sahələri isə işçilər üçün 3-2 kilometrlik gediş və qaçış yolları, bir meyvə bağçası, qazon sahə və bir göl olacaq. Apple-ın baş icraçı direktoru Tim Cook-un da ofisinin də yeni kompleksde olacağı deyilir.

Bu bölməyə aid digər xəbərlər.