sərgi, festival və konfranslar » AdBlackSea 2016 münsiflər komandasını və Media müsabiqəsinin sədrini elan etdi
Tarix : 2016-08-15 17:49:42 | Baxılıb : 539
Font Ölçüsü:   |  

AdBlackSea Təşkilat komitəsi münsiflər komandasını və Media müsabiqəsinin sədrini təqdim edir. Komandaya başçılığı Belçikanın ən çox mükafat qazanan yaradıcısı, DuvalGuillaume-nın kreativ direktoru Koenraad Lefever olacaq.

Koenraad Lefever Brüsseldə Tətbiqi İncəsənət fakültəsini bitirib. Koenraad bir neçə kiçik agentliklərdə özünü sınadıqdan sonra, McCann-Erickson-a gəldi və ilk milli mükafatlarını qazanmağa başladı. Sonra LDV United ilə qısa müddət əməkdaşlıqdan sonra indiki məşhur Mortierbrigade agentliyində işləməyə başladı. Həmin agentlik o dövrdə cəmi bir neçə ay idi ki, fəaliyyət göstərirdi. Koenraad burada 5 ildən çox fəaliyyət göstərdi. Nəticədə, DuvalGuillaumeModem-ə gələrək, burada Carlsberg, Durex, Coca-Cola, Nike, Opel, Ford, DeStandaard, Humo, Opvoedingslijn və USG People kimi şirkətlərlə olan işləri ilə fərqləndi. Lefever Belçikanın ən çox mükafat qazanan yaradıcılarından biridir. Uzun illər ərzində onun işləri CCB, Eurobest, CannesLions, NYF, Effie, Oneshow, D&AD və s. ən böyük yaradıcı festivallarda mükafatlar qazanmışdır. O ki, qaldı qolf, buz xokkeyi, snouborda burada Koenraad hələ heç bir mükafat qazanmayıb.

Media müsabiqəsinin münsiflər heyətinin tərkibinə daxildir:

• Sədr Koenraad Lefever, yaradıcı direktor DuvalGuillaume, Belçika

• Paulo Pinto, icraçı yaradıcı direktor Havas, Portuqaliya

• Olga Peresild, icraçı direktor MediaCom Estoniya, Estoniya

• Vladyslava Denys, yaradıcı direktor Cheil Ukrayna, Ukrayna

• Konstantin Trendafilov, yaradıcı direktor Saatchi & Saatchi Bulgaria, Bolqarıstan

• Lado Malazonia Chief Strategist, Windfor's Communication, Gürcüstan

• Anton Zimin, icraçı yaradıcı direktor PublicisGroupe, Rusiya

Hakimlərin komandası televiziya, radio, çap və açıq reklam, digital-platformalar, xüsusi tədbirlər, marka, content, sponsorluq, qeyri-ənənəvi reklam və digər inteqrasiya media üçün ən yaxşı yaradıcı media həlləri qiymətləndirəcək.

Yaxın gələcəkdə təşkilat komitə CreativeJury, Film&RadioCraftJury, DesignJury, DigitalJury münsiflər və sədrlər komandasını elan edəcək, ona görə də, AdBlackSea 2016-nın xəbərlərini izləyin.

Mühüm tarixlər:

Müsabiqə işlərinin qəbulu və festivalin akkreditasiya üçün son tarix: 31 avqust 2016

Batumidə hakimlik festivalı 22 – 23 sentyabr 2016

Festival günləri: 22 - 25 sentyabr 2016

Mükafatlandırma mərasimi: 25 sentyabr, 2016

Festivalda iştirak və tərəfdaşlıqla bağlı bütün məsələlərdə Təşkilat Komitəsinə müraciət edin: +38(044) 490-90-30, festival@vrk.org.ua (Yekaterina Qrabovskaya), project@vrk.org.ua (Olqa Podqorskaya).

Bu bölməyə aid digər xəbərlər.