sərgi, festival və konfranslar » AdBlackSea 2016-nın əsas yeri və erkən dedlayn
Tarix : 2016-07-28 13:52:48 | Baxılıb : 277
Font Ölçüsü:   |  

Bu il Batumidə HILTONBATUMI otelində, sentyabrın 22-25 keçiriləcək AdBlackSea 2016 festivalına işlərin təqdim edilməsi üçün erkən dedlayna cəmi 3 gün qaldı.

İyulun 30-dək müsabiqə proqramında iştirak etmək üçün 20% endirimli xüsusi qiymət imkanını qaçırmayın.

Festivalın Təşkilat Komitəsi müsabiqə işlərini qəbul edir, qonaqlar və münsiflər heyətini qarşılamağa hazırlaşır. AdBlackSea beynəlxalq reklam festivalının dördgünlük proqramı çox zəngindir. Buraya 7 kateqoriya üzrə ən yaxşı layihə müsabiqəsi, Avropa ölkələrinin reklam-komunikasiya sənayesinin aparıcı mütəxəssisləri tərəfindən aparılan seminar və master klasslar, ünsiyyət, şənliklər və ekskursiyalar daxildir.

Çamadanları yığmaq hələ tezdir, lakin işləri yükləmək, akkreditasiya qeydiyyata salmaq və biletləri almaq lazımdır. Çünki, erkən dedlayna lap az vaxt qalıb. Təşkilat Komitəsi AdBlackSea-nin gələcək iştirakçıları üçün faydalı məlumatlar dərc edir.

Festival və konfransın məkanı

Festivalın keçirildiyi yer, iştirakçıların qeydiyyatı, seminarlar şəhərin mərkəzində, çimərlik yaxınlığında yerləşən HILTONBATUMI oteldə keçiriləcək.

Festival sentyabrın 22-də açılacaq və dörd gün davam edəcək. Və əlbəttə ki, iştirakçıları AdBlackSea şənlikləri və sentyabrın 25-də festivalın qaliblərinin mükafatlandırılma mərasimi gözləyir. Bütün bu tədbirlər müxtəlif yerlərdə keçiriləcək, ətraflı proqram festivala yaxın günlərdə nəşr olunacaq.

Festivalın akkreditasiyası və işlərin qəbulu üçün son tarix - 31 avqust 2016.

Festivalda iştirak və tərəfdaşlıqla bağlı bütün məsələlərdə Təşkilat Komitəsinə müraciət edin: +38(044) 490-90-30, festival@vrk.org.ua (Yekaterina Qrabovskaya), project@vrk.org.ua (Olqa Podqorskaya).

Xatırladaq ki, "Facemark.az" saytı "AdBlackSea 2016"nın media partnyorudur

Bu bölməyə aid digər xəbərlər.