digimark » “AliExpress” Rusiyaya bağlamaların çatdırılma müddətini azaldır: Qiymətlər bahalaşa bilər
Tarix : 2017-11-07 10:31:00 | Baxılıb : 163
Font Ölçüsü:   |  

“AliExpress” Rusiyanın ən böyük şirkətləri olan “Почта России” (Rusiyanın Poçtu) və yük aviaşirkəti “AirBridgeCargo” ilə razılığa gəlib.

Facemark. Az xəbər verir ki, kommersant yazır ki, 11 noyabrdan sonra Çin ticarət platformu olan “AliExpress” Rusiyaya maxsimum 10 gün ərzində mal tədarük edəcək.

“Alibaba Group”a daxil olan logistik şirkəti “Cainiao” sürətləndirilmiş çatdırılmanı həyata keçirəcək.

“AliExpress” Rusiya bazarının ən böyük yükdaşıyıcıları ilə əməkdaşlıq sazişi bağlayıb. Bunlar “Rusiyann Poçtu” və yük aviaşirkəti “AirBridgeCargo”dur.

Bildirilir ki, bütün bağlamalar Çindəki anbarlarda saxlanılacaq: “Sifarişləri satıcılar göndərməyəcəklər. Bilvasitə “AliExpress” çatdırılma prosesinə nəzarət edəcək”.

Çatdırılma işləri “Rusiyanın Poçtu” şirkətinin “Tu-204-100C” təyyarələri ilə təşkil olunacaq.

“Rusiyanın Poçt”undan nəşrə bildiriblər ki, mövsüm ərəfəsində Çindən Rusiyaya aviaresylərin sayı artıb.

Rusiyada “eBay” şirkətinin baş direktoru İlya Kretov deyib ki, çox güman ki, bu yenilik Avropa bazarlarında məhsulların qiymətinin artmasına səbəb olacaq.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.