digimark » Almaniyada Facebook şəbəkəsinə WhatsApp istifadəçi məlumatlarını toplamaq qadağan olundu
Tarix : 2016-09-29 13:44:07 | Baxılıb : 574
Font Ölçüsü:   |  

Hamburqun informasiya azadlığı və fərdi məlumatların qorunması üzrə xüsusi nümayəndəsi Yohannes Kaspar facebook-a WhatsApp-ın alman istifadəçilərinin məlumatlarını toplamaq, saxlamaq və istifadə etməyi qadağan edən bəyanat təqdim edib.

Kaspar həmçinin, Facebook-u Messencer istifadəçilərinin serverdə mövcud olan bütün məlumatlarını silməyə çağırır.

Bəyanatda bildirilir ki, “İndi baş verənlər istifadəçiləri və ictimaiyyəti çaşdırmaqla yanaşı, həm də şəxsi məlumatların qorunması üzrə milli qanunları pozur.” Kaspar hesab edir ki, Almaniyada fəaliyyət göstərən Facebook, Almaniyanın qanunlarına görə hərəkət etməyə borcludur.

Eyni zamanda, sənəddə vurğulanır ki, “iki il əvvəl mesenceri əldə edən sosial şəbəkə istifadəçilərin məlumatlarının birləşməyəcəyi haqqında ictimai bəyanat vermişdir”.

"Bu tələb WhatsApp-ın təxminən 35 milyon alman istifadəçilərinin məlumatlarını qorumalıdır. Onlar məlumatlarının bölüşmək istədiklərinə özləri qərar verməlidirlər və Facebook onlara bu imkanı yaratmalıdır”, ombudsman bildirib. Bu, onun sözlərinə görə, hələ baş verməyib.

Bu bölməyə aid digər xəbərlər.