bu işdə bir niş var » “Amazon” kitab mağazaları gəlir gətirmir: Hesabat açıqlanıb
Tarix : 2017-11-07 12:01:00 | Baxılıb : 45
Font Ölçüsü:   |  

Onlayn pərakəndə nəhəngi “Amazon” son zamanlar e-ticarətdəki uğurunu fiziki dünyaya da daşımaq üçün bir çox cəhdlər edir.

Facemark.az Pazarlamasyon.coma-s istinadən xəbər verir ki, bu sahədə şirkətin həmlələrindən biri kimi iyun ayında ABŞ-ın ən böyük mağazalar şəbəkəsi olan “Whole Foods”u almağını və oktyabrda isə Yaponiyanın paytaxtı Tokiyoda pop-up bar açmağını misal göstərmək olar.

Ancaq nəhəng şirkət bunlardan öncə “Amazon Books” adı ilə açılmış kitab mağazaları ilə fiziki pərakəndə biznesə başlamışdı.

“Business İnsider”in xəbərinə görə, son günlərdə “Amazon Books” mağazalarından əldə edilən gəlirlərin həcmi barəsində hesabat dərc edilib.

Hesabata görə, şirkətin fiziki mağazalardan əldə etdiyi gəlirin böyük bir qismi (təxminən 1,3 milyard dolları) Whole Foods-a məxsusdur. Bu isə göstərir ki, “Amazon” kitab mağazalarından lazımı gəlir əldə edilmir.

Hazırda 12 “Amazon Books” kitab mağazası fəaliyyət göstərir, yaxın zamanlarda isə daha 3 də açılacaq.

“Amazon” kitab mağazalarından əldə edilən gəlirin az olmasının bir neçə səbəbi var.

12 mağaza “Amazon” kimi bir şirkət üçün çox balaca rəqəmdir. “Whole Foods’”-a isə 460-dan çox mazağa daxildir. Həm də kitab satışı çox gəlir gətirən bir iş də deyil.

“Amazon Books” mağazalarının az gəlir əldə etməsinin səbəblərindən biri isə bu mağazalarda ancaq “Amazon Prime” üzvi olan insanlar üçün qiymət endirimlərinin edilməsidir. Haqlı olaraq bir çox insanlar kitabları “Amazon.com” dan onlayn sifariş verib, ayaqlarına qədər gətirilməsini daha məqbul hesab edir.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.