Ordan-Burdan » Amazon Orta Şərqdəki ən böyük e-ticarət şirkətlərindən Souq.com-u satın aldı
Tarix : 2017-03-28 16:56:55 | Baxılıb : 403
Font Ölçüsü:   |  

Dünyanın ən böyük alışveriş platforması Amazon, Dubay mərkəzli "Orta şərqin Amazonu" olaraq xarakterizə edilən e-ticarət saytı Souq.com-u satın aldığını təsdiqlədi.

2005-ci ildə qurulan e-ticarət saytı Souq, aprel 2015-ci ildə aldığı 1 milyard dollar qiymətləndirmə ilə Orta Şərqin ən qiymətli şirkəti olmuşdu.

Amazonun Souq-u bir müddətdir satın almaq istədiyi bilinirdi ancaq son vəziyyətdə Bloombergin qaynaqlarına görə, Dubayın əmlak nəhəngi Emaar Properties-in də Souq-u satın alma istəyi olduğu ortaya çıxmışdı. Dünən bu xəbərin eşidilməsinin ardından Amazon bu gün rəsmi şərhi etdi və Souq.com-u satın aldığını elan etdi.

Mövzu ilə əlaqədar açıqlama verən Amazonun baş vitse-prezidenti Russ Grandinetti, Souq.com ilə Amazon.com-un eyni DNT-ni paylaşdığını söyləyir. Hər iki şirkətin də istehlakçılardan, uzun müddətli hədəflərdən güc aldığını paylaşır. Grandinetti, Amazon texnologiyasını və qlobal qaynaqlarını Souq.com üçün istifadə edəcəklərini də əlavə edir.

Tiger Global və Naspers kimi əhəmiyyətli sərmayəçiləri arxasına alan Souq.com üçün son olaraq Amazonun 650 milyon dollarlıq təklif verdiyi eşitdirilsə də hələ dəqiq bir rəqəm açıqlanmayıb.

Bu bölməyə aid digər xəbərlər.