Ordan-Burdan » Anselno Ramosu tanımağınız üçün 5 səbəb
Tarix : 2017-09-26 19:48:27 | Baxılıb : 206
Font Ölçüsü:   |  

Brand Week Istanbul 2017 bomba kimi speakerləri ilə yola çıxdı. Bu bombalardan biri də şübhəsiz ki, Latın Amerikasının güclü agentliklərindən biri olan DAVİD-in qurucusu və CCO-u Anselmo Ramosdur. Onu 6-10 noyabr tarixləri arasında gerçəkləşəcək olan Brand Week İstanbul-da dinləməzdən əvvəl bəzi şeyləri bilməli olduğunuzu düşündük.

David şirkətindən daha əvvələ gedək. 24 yaşı olanda reklam sahəsinə ilk addımlarını atmışdır. O dövrdə onun kariyerasından Y&R Lissabon, Madrid, Miami ve Lowe New York keçir. Bunların ardından isə o, CCO olaraq Ogilvy Brazilya ofisində işə başlayıb.

Burada olarkən o, bütün sənayenin həsədlə baxdığı, oyunun qaydalarını dəyişən bir işə liderlik edir: Dove-Real Beauty Sketches. Bu iş, Latın Amerikası üçün də Cannes’da ilk dəfə Titanium Grand Prix’ini gətirir. Eyni tarixdə Ogivly Brazilya Cannesdə ilin agentliyi seçilir.

Anselmo Ramos həyatındakı ən önəmli qərarlardan birini alaraq Ogilvy Latın Amerikasında birlikdə çalışan dostları Gaston Bigio və Fernando Musa ilə DAVİD-i qurdu. Bu gün Buenos-Aires, São Paulo ve Miamidə ofisləri mövcud olan DAVİD, keçdiyimiz bir neçə il ərzində adını bir-birindən prestijli işlərlə eşitdirdi. Bu işlərdən biri Burger King üçün 2014-cü ilə özəl olaraq hazırlanan Proud Whopper işidir. Həmin kompaniya Advertising Age-in o ilki mükafat hesabatında, ilin ən çox mükafat alan 6-cı kompaniyası oldu.

Heinz-ın Mad Men ilhamlı işini xatırlamayan var? Brendin Pass The Heinz işi nümunə bir model olaraq xatırlanır. Filmdə Dan Droperin qəbul etdirə bilmədiyi bu fikir Ramo tərəfindən illər sonra əsl bir kampaniya kimi həyata keçirildi. Eyni brend üçün həyata keçirdiyi Heinz-ın ilk Super Bowl kampaniyasıdır.

2014-cü ildə Heinz-ın Miami ofisinin başına keçən Ramos, bu il Cannesdə ilin reklamverəni seçilən Burger Kingin rəğbətlə qarşılanan bir çox işinin arxasındakı addır. Bunlardan ən vacibləri isə bu il brendə 2 Grand Prix qazandıran iki fərqli işdir. Təbii ki, incə fikirləri və yumorları ilə seçilən Burning Stores və Google Home of the Whopper işlərindən bəhs edirik.

Kariyerası uğurlarla dolu, kreativ, bu günə qədər 195-dən artıq Cannes Pələngi qazanıb. Bunlardan 30-u 2017 Cannes Lions-a aiddir.

Bu bölməyə aid digər xəbərlər.