Ordan-Burdan » 'Game of Thrones'un ən çox danışılanları!
Tarix : 2017-07-17 17:38:02 | Baxılıb : 384
Font Ölçüsü:   |  

Game of Thrones'un yeni mövsümü başladı və ilk bölüm yayımlandı. Türkçə altyazı ilə birlikdə torrent saytlarına indidən düşən bölüm sonrasında serial, həmişəki kimi Twitter'da Trending Topics (TT) siyahısına girdi.

Korsan yükləmələr daxil, dünyanın ən çox endirilib izlənilən serialı Game of Thrones'un 7-ci yeni mövsümünün ilk bölümü nümayiş olundu. Hər mövsümü pərəstişkarları tərəfindən maraqla gözlənilən serial, Türkiyədə Twitterin TT siyahısına # GoTS7 və #GameOfThrones hashtag'larıyla girdi.

HBO serialı Game of Thrones pərəstişkarlarının Twitter'da serialın çılgın və gözlənilməz hadisələrini, xarakterlərin ən aktual və çaşdırıcı gedişlərini danışmaq, özlərinə aid caps və gifləri paylaşmaq və digər pərəstişkarlara serial əsnasında şərhlərini paylaşmaq üçün bir araya gəlmələrinə keçən sezonlardan öyrəşmişik. Hər #GameofThrones mövsümü milyonlarla Tweet'in ilham qaynağı olur.

Game of Thrones'un ən çox danışılan bölümləri

Game of Thrones 2016-cı ildə haqqında ən çox Tweet atılan TV proqramı olmuşdu, üstəlik Twitter'da 2016-cı ilin ilk 10 trendi arasında idi və bu siyahıya girən tək TV programıydı.

Twitterin paylaşdığı məlumatlara görə, 2017-ci ildə Game of Thrones haqqında atılmış 13,8 milyon Tweet mövcuddur və serialın ikinci fragmanının yayımlandığı tarix olan 21 İyun eyni zamanda serial haqqında ən çox Tweet'in də atıldığı gün oldu. Serialın 6-cı mövsümü (2016), haqqında ən çox tweet atılan mövsüm oldu.

Bütün zamanların haqqında ən çox tweet atılan Game of Thrones bölümləri bunlardır:

1. "The Winds of Winter" (26 Iyun 2016)

2. "The Red Woman" (24 Aprel 2016)

3. "Battle of the Bastards" (Jun 19, 2016)

4. "Mother's Mercy" (Jun 14, 2015)

5. "Home" (May 01, 2016)


Mənbə: digitalage


Bu bölməyə aid digər xəbərlər.