Buna bir ad ver » “Apple”: “iPhone X” in ekranında olan problemdən xəbərdarıq
Tarix : 2017-11-10 11:29:18 | Baxılıb : 336
Font Ölçüsü:   |  

“Apple” Koorporosiyası iPhone X-in sensorlu ekranı ilə əlaqədar problemi qəbul edib. Belə ki, “ağıllı” telefon soyuq havalarda toxunuşa reaksiya verməyi dayandırır.

Facemark.az Lenta.ru-ya istinadən xəbər verir ki, “The Loop” yazır ki, şirkət planlaşdırır ki, bu problemi tezliklə həll edəcəyik.

“Reddit”də istifadəçi yazdıqdan sonra, “Apple” mövcud situasiya haqqında şərh verib. Onun fikirləri digər “iPhone X”in istifadəçiləri tərəfindən dəstəklənib.

Problem ondadır ki, küçədə temperaturun 0 dərəcə olanda ekran toxunuşlara reaksiya vermir. “Biz mövcud vəziyyət haqqında məlumatlıyıq. Telefon müvəqqəti soyuq mühitə keçəndə toxunuşlara reaksiya verməyi dayandırır. Bir neçə saniyədən sonra ekran yenə həssas hala gəlir. Digər smartfonların yenilənməsi zamanı bu problemin həlli üçün addımlar atılacaq”, - deyə şirkətin rəsmiləri vurğulayıb.

Qeyd edək ki, noyabrın əvvəlində isə “Apple” bildirmişdi ki, telefonun yanma ehtimalı mövcuddur. Yanma yüksək kontranslı parlaq görüntünün ekranda uzun zaman qalması nəticəsində yarana bilər.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.