Ordan-Burdan » Apple rüblük gəlir üzrə öz rekordunu qırdı
Tarix : 2017-02-01 11:44:56 | Baxılıb : 699
Font Ölçüsü:   |  

Apple yeni maliyyə ilinə müvəffəqiyyətlə başladı. 31 dekabrda bitən birinci rübdə korporasiya rekord gəlir əldə edib. Şirkətin satış həcmi görünməmiş - 78,4 milyard dollara çatıb.

Apple-ın gəlirlərinin 36%-i amerika bazarlarının, 64%-i isə dünya bazarlarının payına düşür. Şirkətin rəhbəri Tim Kuk bildirib ki, onlar əvvəlkilərlə müqayisədə daha çox iPhone satıblar və iPhone-dan, xidmətlərdən, Mac-dan və Apple Watch-dan gələn gəlir üzrə tarixi rekord vurublar. App Store istifadəçiləri həmçinin rekord fəallıq nümayiş etdiriblər. Bununla belə şirkət artıq öz pərəstişkarlarına yeni məhsullar hazırlayır. Apple öz investorlarına dividentlər və səhmlərin satın alınması şəklində təxminən 15 milyon dollar qaytarıb.

iPhone satışları əvvəlki rüblə müqayisədə sürətli artım göstərir. Bayram mövsümündə smartfonların satışı ədədlə 72%, pul baxımından 93% artıb. İllik artım daha az (+ 5%) olmuşdur. IPad satışları rübdən rübə artmışdı, lakin il ərzində mənfiyə (orta hesabla 20%) gedib.