Buna bir ad ver » “AtaBank” “Baku Shopping Festival” zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Tarix : 2017-04-12 14:09:38 | Baxılıb : 238
Font Ölçüsü:   |  

“AtaBank” ASC Azərbaycan paytaxtında ilk dəfə keçirilən Ticarət festivalı - “Baku Shopping Festival” zamanı iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında Bankın aşağıdakı filialları aprelin 10-dan mayın 10-dək həftə sonları daxil olmaqla, hər gün saat 09:00-dan – 21:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

* Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 21:00-dək (fasiləsiz)

* Yeni Həyat filialı - Bakı şəh., Zərifə Əliyeva pr., 55; 09:00 – 21:00-dək (fasiləsiz)

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir.

Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bu bölməyə aid digər xəbərlər.