Buna bir ad ver » “AtaBank” plastik kart sahiblərinin nəzərinə!
Tarix : 2017-02-04 10:34:27 | Baxılıb : 541
Font Ölçüsü:   |  

“AzeriCard” prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.

Prosessinq mərkəzinin rəsmi məlumatına əsasən, fevral ayının 4-də, növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq saat 00:00-dən saat 01:00-dək plastik kartlar üzrə onlayn rejimdə əməliyyatlar keçməyəcək.

Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən məlumatı nəzərə alasınız.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə daxil ola bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər.