Buna bir ad ver » “AtaBank”-dan Avroviziya 2017 Mahnı Müsabiqəsinə biletlər qazanmaq şansı
Tarix : 2017-03-07 17:32:36 | Baxılıb : 234
Font Ölçüsü:   |  

“AtaBank”-ın Visa plastik kart sahibləri mart ayının 6-dan etibarən Avroviziya Mahnı Müsabiqəsi 2017-nin yarımfinal mərhələsinə VIP biletlər qazanmaq şansı əldə etmiş olular.

06.03.2017 - 20.04.2017 tarixlərində “AtaBank”-ın istənilən Visa plastik kartı ilə nağdsız ödəniş aparan hər kəs “Biz eyni dalğadayıq” şüarı altında stimullaşdırcı lotereyada iştirak etmək hüququ qazanır.

Lotereyada 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycanda daimi yaşayan şəxslər iştirak edə bilər.

Aksiyaya qoşulmaq üçün ilk olaraq “AtaBank”-ın Visa kartları ilə Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən alış-veriş və xidmət məntəqəsi, eləcə də İnternet üzərindən alınan məhsul və ya xidmətlər üzrə nağdsız əməliyyat aparmaq lazımdır. Həyata keçirilən hər əməliyyatı www.visa.com.azsaytında qeydiyyatdan keçirmək vacibdir.

Tranzaksiya qeydiyyatlarının sayı məhdudiyyətsizdir.

Daha çox nağdsız ödəniş, daha çox qazanmaq şansı verir. Kart-çeki və yaxud əməliyyatı təsdiqləyən digər qəbzi kampaniyanın sonunadək saxlamaq vacibdir.

Lotereyanın qalibləri KİV vasitəsilə elan olunacaq.

“AtaBank” ASC bütün iştirakçılara uğurlar arzu edir!

Bu bölməyə aid digər xəbərlər.