Buna bir ad ver » “AtaMatik” yenidən “Tour d’Azerbaidjan”da bank xidmətləri göstərdi
Tarix : 2017-05-09 15:03:36 | Baxılıb : 371
Font Ölçüsü:   |  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarışda “AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” xidmət göstərdi.

Mayın 3-də start götürən "Tour d'Azerbaidjan-2017" ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı, Pirqulu və digər bölgələrində “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır.

“AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib ki, “Synergy Group”-un sponsoru olduğu “Tour d’Azerbaidjan 2017” beynəlxalq veloturunda iştirakçılara bank xidməti göstərməkdən yalnız iftixar hissi keçiririk.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bu bölməyə aid digər xəbərlər.