Ordan-Burdan » Audiokasetlər bazara yenidən qayıdır
Tarix : 2017-11-14 10:24:57 | Baxılıb : 355
Font Ölçüsü:   |  

Audiokasetlər kütləvi bazara qayıdır.

Müğənni və aktyorlar tez-tez səslərini vinillə yanaşı, səs lentlərində də yazdırırlar.

Facemark.az xəbər verir ki, “Kommersant” yazır ki, artıq beşinci dəfədir ABŞ-da “Cassette Store Day” beynəlxalq tədbiri keçirilir.

Mağaza və səsyazma şirkətləri “qara cümə” günü, noyabrın 24-də satışa çıxarılacaq məhsulların adlarını elan edib. Həmin məhsullar arasında audikasetlər də var.

Satışları bir neçə ildir artan vinillə yanaşı, audiokassetlər əsas alıcı kütləsi üçün yenə maraqlı hala gəlib.

Orginal versiyası 1982-ci ildə buraxılan “Metallica” musiqi qrupunun “No Life Til Leather” kompozisiyası 2015-ci ildə kaset formatında bazara çıxarılmışdı.

Reper Eminem isə ötən il 1999-cu il albomunun səs kasetləri üzərindəki “Slim Shady”sini yenidən bazara çıxartdığını açıqlamışdı.

Həmin il 23 yaşlı pop musiqiçisi Castin Biber videokaset formatında olan albomunun üzərində yenidən işləmişdi.

Ekspert Nielsenin sözlərinə görə, 2014-2015-ci illərdə ABŞ-da səs kasetlərinin satışı təxminən 30% artıb: “Amma bu ümumi bazar payında hələ də kifayət qədər kiçik rəqəmdir. Cəmi 02-03%”.

O, deyib ki, son iki və ya üç ildə bu tendensiya kütləvi hal alıb:

“Bu isə şirkətləri təəccüb içində qoyub. Biz bilirdik ki, videokasetlərə maraq bir gün yenə qayıdacaq, amma bunun belə qısa zaman içində olacağını təxmin etmirdik”.

Bu il də trend davam edib. 14 oktyabrda beynəlxalq “Cassette Store Day” tədbiri beşinci dəfə idi ki, təşkil edilirdi. Tədbirə ABŞ, İngiltərə, Yaponiya, Çin, Avstraliya, İndoneziyadan musiqi mağazaları və səsyazma studiyaları qatıldı.

Bu gün 300-ə yaxın qrup və səsyazma studiyaları yeni və köhnə albomlarındakı səsyazılarını kasetlərə köçürüb.

Bu bölməyə aid digər xəbərlər.