digimark » Avtomatik ödəniş - rahatlıq və vaxta qənaət
Tarix : 2017-05-23 18:43:23 | Baxılıb : 422
Font Ölçüsü:   |  

Elmi-texniki tərəqqinin yüksək nəticələri texniki xidmətlərin köklü və keyfiyyətli şəkildə dəyişməsinə münbit şərait yaratmışdır. Bu naliyyətlərin uğurlu tətbiqi insanların rahatlığına xidmət edir. Əgər əvvəllər insanlar kommunal və digər xidmətlərin ödənişini etmək üçün saatlarla növbə gözləmək və digər problemlərlə üzləşmək məcburiyyətində qalırdılarsa, indi bu və ya digər səbəblər aradan qaldırılmışdır. Evdə və ya iş yerini tərk etmədən ödənişlərini rahat şəkildə yerinə yetirməkçün istifadəçilər EPUL onlayn ödəniş portalının xidmətlərindən yararlanmaq imkanına malikdirlər.

EPul-da istifadəçilərin ixtiyarına verilən unikal xidmətlərdən biri də Avtomatik Ödənişdir. Saytda qeydiyyatdan keçən hər bir istifadəçi Avtomatik ödənişlərin bölümünə daxil olaraq, internet və kabel televiziyalarının abunə haqları, dövri kommunal xidmətlər, mobil operatorlar və telefon hesablarının ödənilməsi və digər xidmətlər üzrə avtomatik ödəniş yarada bilər.

E.PUL istifadəçisinin nəinki avtomatik ödənişin dövriliyini-hər ay, hər həftə, hər gün- hətta ödənişlərin baş vermə vaxtını və saatını seçmək imkanı vardır. Sistemdə qeydiyyata alınmış kartlar varsa, avtomatik ödəniş xidməti sırayla pul mövcud olan kartdan vəsaiti ödəyəcək. İstifadəçilərin rahatlığını təmin edən bu xidmət onların vaxtına qənaət etməsinə də şərait yaradır.

Əgər istifadəçi dövri ödənişlərin saxlamaq qərarına gələrsə, bu halda onun şəxsi kabinetində müxtəlif imkanlar yaranır. Məsələn, o hər hansı xidmət üzrə avtomatik ödənişi həm müvəqqəti saxlaya bilər, həm də onu tamamilə avtomatik ödənişlərin siyahısından çıxara bilər. İstifadəçinin bir toxunuşu belə olmadan avtomatik ödənişlərin sistemi ödənişlərin yerinə yetirir.

EPUL onlayn ödəniş portalının xidmətlərindən siz də faydalanın. EPUL-u seçməklə siz rahat təchizat, bir yerdən xidmət idarə etmək imkanı, vaxta qənaət etmək, sürət, xidmətin istifadə rahatlığı, yüksək təhlükəsizlik əldə etmiş olarsınız. Qayğılardan EPUL-u seçərək azad olun.

Bu bölməyə aid digər xəbərlər.