fmr sorğu » Azərbaycan TV kanallarının reytinqi
Tarix : 2012-11-04 01:38:00 | Baxılıb : 16919
Font Ölçüsü:   |  

Bildiyiniz kimi Facemark mütəmadi olaraq Azərbaycan bazarı ilə bağlı fərqli araşdırmalar aparır. Bu araşdırmalar marketoloqlar üçün bəzən çox vacib informasiya kimi onların işlərində çox faydalı ola bilir. Bundan öncə saytımızda radio kanalların reytinqi, banklar haqqında, həyat tərzi haqqında edilmiş araşdırmaları bu tip araşdırmalar üçün xüsusi bölməmiz olan fmr sorğu bölməsində yayımlamışdır.

Bu dəfə isə hər kəs üçün çox maraqlı olan yerli Azərbaycan tv kanalları barədə araşdırma apardıq. Araşdırmamız öncə olduğu bu dəfə də facebookda aparıldı. 292 min insan facebook səhifəmizdən aparılan bu sorğunu gördü.

Sualımız isə belə idi: Ən çox hansı Azərbaycan TV kanalına baxırsınız? Sorğu haqqında daha detallı bu linkdən də baxa bilərsiniz - https://www.facebook.com/questions/472934199396703/

Beləliklə, qısa olaraq apardığımız sorğunun statistik göstəricilərini aşağıda Sizlərlə paylaşırıq:

Statistika:

  •     Sorğunu görən insan sayı – 292038 nəfər
  •     Sorğuda verilən səs sayı – 16938 səs
  •     Sorğunun nəticələrini izləyən insan sayı – 838 nəfər
  •     Sorğuya yazılan şərh sayı – 258

 

Sual: Ən çox hansı Azərbaycan TV kanalına baxırsınız?

1.      Heç biri – 5525 səs / 32.6%

2.      Azad Azərbaycan – 5099 səs / 30.1%

3.      ANS – 2645 səs / 15.6%

4.      Xəzər – 1529 səs / 9.02%

5.      İdman Azərbaycan – 1090 səs / 6.43%

6.      Aztv – 416 səs / 2.45%

7.      İctimai – 230 səs / 230 səs / 1.35%

8.    Space – 154 səs / 0.90%

9.    Lider tv – 130 səs / 0.76%

10.  Mədəniyyət – 117 səs / 0.69%

 

Yazılan 258 şərhi də yuxarıdakı linkdən incələsək görürük ki, 90% şərh yazanlar da heç bir kanala baxmadıqlarını deyir və kanallarımızdakı verilişlərin qeyri-professionallığından gileylənirlər. Beləliklə, gördüyünüz kimi nə qədər acınacaqlı da olsa, reytinqdə birinci yeri “heç biri” cavabı 32.6%-lə tutur. Deməli, izləyicilərin 1/3-i yerli kanallarımıza baxmır. Nəzərə alsaq ki, ölkədə 30%-dən çox peyk antenalara qoşulma var, əslində bu rəqəmə də hardasa normal baxmaq olar. Maraqlıdır ki, bundan sonra kanallar içində ATV 30.1%-lə öndədir, onu ANS və Xəzər izləyir. Xəzər Xəbər-in məşhur olması yazılan şərhlərdən də görünür. İdman Azərbaycan kanalına isə əsasən xarici futbollara görə baxırlar. Maraqlıdır ki, ən son yerdə Mədəniyyət kanalı dayanır. Mədəniyyət kanalının formatında yanlışlıqlar ola bilər, amma onun son yerdə olması çox da yaxşı hal deyil. Mədəniyyətimizə təsir edən verilişlərin izləyicisinin ən az olması ciddi siqnaldır.

Beləliklə, sizə yuxarıda növbəti araşdırmamızı təqdim etdik.

Növbəti araşdırmalarda daha faydalı olmaq ümidi ilə...