Buna bir ad ver » Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransına sayılı günlər qaldı
Tarix : 2017-10-28 18:56:22 | Baxılıb : 254
Font Ölçüsü:   |  

Oktyabrın 28-də, şənbə günü Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransı (DMC2017) ərəfəsində "Azərsun" şirkətinin rəsmiləri, spiker, media tərəfdaşlarının iştirakı ilə Sumqayıt Yağ Zavoduna baş çəkilib.



Konfransın təşkilatçılarından olan Facemark.az xəbər verir ki, spikerlər, media tərəfdaşları zavodda istehsal prosesi ilə yaxından tanış olublar.



Nahardan sonra isə DMC2017 ərəfəsində konfrans təşkilatçıları və tərəfdaşlar arasında müzakirələr baş tutub. Müzakirələrdə illik marketinq konfransına hazırlıq səviyyəsi ətrafında spikerlər ilə fikir mübadiləsi aparılıb.



DMC2017-nin həmtəsisçisi Rafiq Vəliyev vurğulayıb ki, konfransa 20 yerli və xarici spiker, 250-dən çox şirkətdən 500-dən çox menecerin iştirakı gözlənilir.



Onun sözlərinə görə, biletlərin 50%-dən çoxu satılıb: "Təcrübələr göstərir ki, iştirakçıların 50%-i isə biletləri konfransın başlamasına sayılı günlər qalmış alacaq", - deyə o sözlərinə əlavə edib.



DMC2017-nin tərəfdaşlarından olan "Destec" şirkətinin marketinq meneceri Emil Əhmədov isə qeyd edib ki, bu günə artıq 25 bilet alınıb.



Həmtəsisçi deyib ki, son iki ildə keçirilən Rəqəmsal Marketinq Konfransından fərqli olaraq iştirakçıları yeniliklər gözləyir: " DMC2017-də səhnə işıqlandırılmasından tutmuş, qeydiyyat sisteminə qədər hər şey fərqli keçiriləcək. Görüntü itkisi olmayacaq".



Sonda isə R. Vəliyev DMC 2017-də hər kəsi görməkdən məmnun olacağını deyib.



Xatırladaq ki, 3-cü Rəqəmsal Marketinq Konfransında 15 spikerin çıxışı gözlənilir. Konfrans noyabrın 11-də Pullman Hoteldə baş tutacaq. Tədbir bu il "Super Sun" brendinin baş sponsorluğu ilə keçiriləcək.



DMC2017-də göstərdiklərə köməyə görə bütün tərəfdaşlara təşəkkür edirik:



Tərəfdaşlarımız:



Supersun, Facemark.az, McCann Baku, Digitello, Antaris, Ledaz, AdsGarden, Fil Agency, Logix, ASAN Radio, Markenting Air, Digital Air, Qmeter, ASAN Könüllüləri, Hooki, Lime Catering, Caspian Audit, Brendmedia, APA Holding, Oxu.Az, Banker.az, Banco.az, TopXeber.az, Your Event Solution, Aura, Marja.az, Bizplus.az, Edumap, Xəbərlər, Fins, Baku.Ws.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.