Ordan-Burdan » Azərbaycanda yeni futbol liqası başlayır
Tarix : 2017-09-15 16:29:45 | Baxılıb : 229
Font Ölçüsü:   |  

Bildirmək istərdik ki, Azərbaycanda yeni yaranmış – Bakı Futbol Liqasının (BFL) başlamasına son bir həftə qalıb. 2016-ci ildən yaradılmış 'Bakı Futbol Liqası' (BFL) adlı həvəskar futbol liqasının digər liqalardan fərqi odur ki, BFL-in keçirdiyi yarışlarda meydanda hər komandadan 11 deyil, 8 futbolçu çıxış edəcək. Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər. 2017/18 mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək. Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək. Liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb və bir neçə tanınmış artıq şirkət qeydiyyatdan keçib – AtaBank, Kristal R&R, Akkord Sement, RR Group və s. Yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanır. Yarışla bağlı ətraflı məlumatı www.bfl.az saytından öyrənmək olar.

Əlaqə nömrələri: (+994) 50 6712005/ (+994) 51 8880005

Video keçid - https://www.youtube.com/watch?v=xVtIzW9Avj4

Bu bölməyə aid digər xəbərlər.