Buna bir ad ver » Bakcell ilə “Bax nələr mümkündür”
Tarix : 2017-01-16 10:49:21 | Baxılıb : 500
Font Ölçüsü:   |  

Ölkənin aparıcı mobil operatorlarından olan Bakcell yeni mövqeləndirməsini McCann Baku reklam agentliyinin çəkdiyi yeni imic çarxı ilə təqdim etdi.

Bakcell uzun illər digər mobil operatorlar kimi qiymət-keyfiyyət nisbətinə önəm verən şirkət olaraq fəaliyyət göstərib. Son dövrlərdə bazardakı bütün mobil rabitə operatorların “eyniləşməsi” — oxşar məhsulların təxminən eyni qiymətlərlə təklif edilməsi — Bakcell-i yeni strategiya və mövqeləndirməyə yönəldib. Yeni mövqeləndirmə özünəməxsusluğu və unikal yanaşma ilə seçilir.

Burada ön plana çıxarılan yeni təkliflər, dəqiqələr və ya meqabaytlar deyil. Əsas olan insanlar arasındakı emosional bağların kommunikasiya ilə bir başa əlaqəsidir — onlar mobil internet, sürət və smartfonları ilə həyatlarında nələr edə bilərlər. Bakcell bir növ öz müştərilərinin qarşısına imkanlarla dolu yeni bir dünya açır.

Bu uğurlu strategiyanın və imic çarxının müəllifi McCann Baku reklam agentliyidir. Azərbaycan reklam sahəsində qürurla ortaya çıxarılası işlərdən biri, bəlkə də birincisidir. Bu çarx yerli reklam bazarında yeni bir səviyyə müəyyən etdi. Strateji düzgün mövqeləndirməsi, möhtəşəm görüntüsü, emosional musiqisi və təsirli manifest mətni izləyicini ilhamlandırır və dərin təəssüratlar yaradır. Belə ki, çarxın yayımlanması böyük əks-səda doğurub. Sözsüz ki, bu imic çarxı hələ uzun müddət müzakirələrə səbəb olacaq.

Bu bölməyə aid digər xəbərlər.