Buna bir ad ver » Bakıda badminton üzrə məşqçilər üçün ixtisasartırma kursları keçirilib
Tarix : 2017-01-31 16:12:45 | Baxılıb : 552
Font Ölçüsü:   |  

Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə Bakıda badminton idman növü üzrə məşqçilər üçün "Coach Education Level 1 Expert Course" adlı təlim kursları keçirilib.

Üç gün davam edən kurslar məşqçilərin ixtisasının artırılması üçün nəzərdə tutulub. Tədbirdə İsveç, İngiltərə, Almaniya, Hollandiya, Belarus və İspaniyadan olan mütəxəssislər iştirak ediblər. Təlimin ilk günü əsasən nəzərriyədən, ikinci günü praktikadan, sonuncu gün isə imtahan və təlim iştirakçılarına sertifikatların təqdim olunmasından ibarət idi.

Kursu uğurla bitirən iştirakçılar badminton müəllimi, badminton məsləhətçisi, birinci dərəcəli məşqçi və ya ekspert sertifikatı ilə təltif olunublar.

“Məşqçilər hər bir idman növündə olduqca vacibdir və onların təhsili Dünya Badminton və Avropa Badminton federasiyaları üçün əhəmiyyətli bir sahədir. 2012-ci ilin noyabr ayında Dünya Badminton Federasiyası tərəfindən I dərəcəli məşqçi kursuna start verilib, 2013-cü ilin dekabr ayında isə II dərəcəli məşqçi kursunun resursları istifadəyə buraxılıb. Badminton üzrə hər iki dərəcə üzrə təhsil sisteminə treninq və məşq materialları daxildir. Kursun hər bir dərəcəsi məşqçilərin müvafiq bilik qazanması, bacarıq və ixtisasının artırılması üçün bir yoldur”, - deyə Azərbaycan Badminton Federasiyasının tədbirlər üzrə meneceri Zaur Bayramov qeyd edib.

Bu bölməyə aid digər xəbərlər.