Buna bir ad ver » Bakıda “Glenfiddich” adlı qastronomik layihəyə start verilib
Tarix : 2017-04-19 13:52:34 | Baxılıb : 446
Font Ölçüsü:   |  

Təkmayalı Şotlandiya viski brendi olan “Glenfiddich” Bakıda silsilə qastronomik axşamlarına start verib. Layihənin konsepsiyası – “foodpairing”dən ibarətdir. Dünyanın ən titullu təkmayalı viskisi sayılan “Glenfiddich” müxtəlif ölkələrin milli mətbəxləri ilə dequstasiyada bir araya gəlir.

Layihə çərçivəsində “Mangal Steakhouse” restoranında ilk Azərbaycan mətbəxi axşamı təşkil olunub ki, burada qonaqlara baş aşpazdan ənənəvi yeməklər təklif edilib: basdırma, quzu əti, dondurma və paxlava. Qastronimik set 12, 15 və 18 illik “Glenfiddich” viskisinin müşayiətiə verilib.

Tədbirin xüsusi qonağı “Glenfiddich” viskisinin brend səfiri Aleksandr İvçenko olub. O, əsası alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən qoyulmuş və 1886-cı ildən etibarən Fidik çayının vadisində arpa mayalanması üsulu ilə hazırlanan "Glenfiddich" şotland viskisinin zəngin tarixindən danışıb. Aleksandr, həmçinin sözügedən viskinin yaşlanma prosesi, onun növ müxtəlifliyi və dad qammasına aid bilikləri ilə bölüşüb və bu içkinin yerli mətbəxlə uyğunlaşdırılmasına dair bir neçə məsləhət verib.

Bu gün "Glenfiddich" arpa mayalanması vasitəsilə hazırlanan dünyanın ən titullu şotland viski brendidir. Bu, 126 il ərzində Şotlandiyanın alkoqollu içkilər istehsal edən sonuncu müstəqil müəssisələrinin birinə sahib ailənin peşəkarlığı və mükəmməlliyə can atması nəticəsində mümkün olub. Biz alkoqolun məsuliyyətlə istifadəsinin tərəfdarıyıq və məhz buna görə biz daha çox insanın köhnə spirtlər haqqında məlumatlı olmasını, ayırd edilməsini və istifadə edə bilməsini istəyirik ki, viski həmin köhnə spirtlər arasında artıq öz fəxri yerini tutur", - deyə Aleksandr İvçenko qeyd edib.

Tədbir çərçivəsində qonaqlar səfirlə söhbət edib, təkmayalı şotland viskisi olan “Glenfiddich” ilə Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə uyğunliğunu qiymətləndiriblər. Tədbir musiqi proqramı ilə müşayiət olunub – layihənin əsas ideyasını vurğulayan şotland tuluq zurnası ilə Azərbaycan nağarasının sintezi.

Bu bölməyə aid digər xəbərlər.