sərgi, festival və konfranslar » Bakıda ilk dəfə “Influencer Day ” tədbiri keçiriləcək
Tarix : 2017-09-20 15:24:58 | Baxılıb : 448
Font Ölçüsü:   |  

İnfluencerlər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə inlfuencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.

Regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və influencerləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. 150 nəfərə yaxın şəxsin iştirak edəcəyi “Influencer Day”-ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar. Bu qonaqlara top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri və şirkət rəhbərləri daxildir.

Rəsmi hissədə Sosial Era marketinqi, Keepface Influencer Marketing platforması, Influencer və data analizi haqqında maraqlı təqdimatlar ediləcək. Daha sonra isə qonaqları maraqlı panel müzəkirəsi gözləyir. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən əhəmiyyətli hissəsi isə influencerlərin mükafatlandırılması olacaq. Onlar öz influencer fəaliyyətləri və brendlərlə əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.

Tədbir 'Dreamland Baku Golf Villas&Residences'də yerləşən villalara, qolf meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq. Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaq.

“Influencer Day Baku “ tədbirinin təşkilatçıları 'Keepface DMCC' və 'Dreamland Baku Golf Villas&Residences' şirkətləridir. Həmçinin Hooki Cafe, Az-Granata, Chelebi və Vitam şirkətləri tədbirin həyata keçirilməsində dəstək olurlar.

Tədbirin sponsorları:

Bu bölməyə aid digər xəbərlər.