Buna bir ad ver » Bakıda “Uber” istifadəçiləri gediş haqqı barədə məlumatı öncədən alacaqlar
Tarix : 2017-01-27 16:25:22 | Baxılıb : 360
Font Ölçüsü:   |  

Bu gündən etibarən Bakıda “Uber” istifadəçiləri yeni funksiyadan yararlana biləcəklər: istifadəçi tətbiqdə gediş nöqtəsini daxil edəndən dərhal sonra gedişin hesablanmış dəyərini öyrənir,təyinat nöqtəsi dəyişmədiyi halda gediş haqqı artmır.

Yeni funksiyadan istifadə etmək üçün istifadəçi ilk öncə gediş məntəqəsini daxil etməli, tətbiq tərəfindən hesablanmış gediş haqqını təsdiqləməli və sonra avtomobil sifariş etməlidir. Beləliklə, istifadəçi planlaşdırılan gedişin neçəyə başa gələcəyini əvvəlcədən öyrənir və sonra sifariş barədə qərar verir. Bu qayda istiqamət və yolun uzunluğundan asılı olmayaraq bütün marşrutlar üçün keçərlidir.

“Biz “Uber”də göstərdiyimiz xidməti istifadəçilər üçün daim daha rahat və asan etməyə çalışırıq. Əvvəlcədən məlum hesablanmış gediş haqqı istifadəçini hesablamaqdan azad edir və xərcləri tam nəzarətdə saxlamağa imkan yaradır. Əminik ki, gediş haqqının ciblərinə uyğun olmayacağından ehtiyat edən şəxslər belə tətbiqdən istifadə etməyə başlayacaqlar. İndi hər şey öncədən məlumdur, qorxmağa bir səbəb yoxdur!”, - deyə “Uber”in MDB regionunda baş meneceri Aleksey Stax bildirib.

“Uber” gediş haqqını bir sıra amilləri nəzərə alan xüsusi alqoritmlər vasitəsilə müəyyən edəcək: təxmini gediş müddəti, sutkanın müəyyən vaxtında seçilmiş istiqamətdə avtomobil sıxlığının ortalama göstəriciləri, məsafə, yaxınlıqda olan sürücülərin vəsifariş edənlərin sayı.

Əvvəlcədən hesablanmış qiymət promokod istifadə olunduğu halda gedişin sonunda məbləğ promokodda nəzərdə tutulduğu qədər azalacaq.

“Uber”də tariflər partnyor-sürücülərlərə ödəniş prinsipləri kimi dəyişməz qalır.

“Uber” haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarişı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Tətbiq dünyanın 80 ölkəsi və 500 şəhərində fəaliyyət göstərir. Azərbaycanda “Uber” xidməti 2015-ci ilin aprel ayından etibarən mövcuddur.“Uber”in məqsədi şəhərdaxili hərəkəti su kəməri kimi bütün əhali üçün sadə, etibarlı və münasib etməkdir. Şirkət fəaliyyətə 2009-cu ildə çətin olmayan məsələnin həlli ilə başlayıb: smartfonun ekranına bir toxunuş ilə necə avtomobil sifariş etmək olar? Altı il ərzində iki milyarddan artıq gedişi təmin etdikdən sonra şirkət daha ciddi məsələni həll etməklə məşğuldur: avtomobillərin daha səmərəli istifadəsi nəticəsində şəhərlərdə tıxacların sayının və hava çirklənməsinin azaldılması.

Bu bölməyə aid digər xəbərlər.