sərgi, festival və konfranslar » “Beynəlxalq terrorizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” sahəsində debatlar keçiriləcək
Tarix : 2017-04-24 12:53:08 | Baxılıb : 430
Font Ölçüsü:   |  

2000-dən çox gənci əhatə edəcək “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi çərçivəsində keçirilən tədbirlərdə “Beynəlxalq terrorizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” sahəsində mövzular müzakirə ediləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin (DVC) birgə təşkilatçılığı ilə keçirilən Foruma, Milli Debat Proqramı çərçivəsində start verildi.

Bildiyimiz kimi cənab Prezidentimiz İlham Əliyevin sərəncamına uyğun olaraq “İslam Həmrəliyi ili” elan olunmuşdur. Gənclər bu il “İslam Həmrəliyi” sahəsində ətraflı araşdırmalar aparacaq və buna uyğun olaraq debatlar təşkil olunacaq. Eyni zamanda mövzu ətrafında gənclərimizə ekspert görüşləri təşkil olunacaq. Bununla da layihəmiz çərçivəsində gənclərə mövzuların araşdırılmasında kömək edilməsi, İslamda tolerantlılıq mühitinin olmasını ön plana çəkilməsi məqsədini daşıyır. Layihə regionlarda yaşayan gənclərin sosial aktivliyinin artırılmasına xidmət edəcək, eyni zamanda regionlar arası gənclər mübadiləsi formatında həyata keçiriləcək.

Forum çərçivəsində Respublikanın paytaxt və bölgələrində, o cümlədən məktəb, universitet və digər təhsil müəssisələrində debat təlimləri, ekspert görüşləri, debat turnirləri keçiriləcək.

Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır.

RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 11 Regional Debat Mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. 18 illik təcrübəyə əsaslanan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi Milli Debat Proqramı və “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində fəaliyyətini davam etdirərək növbəti mövsümə hazırlaşır.

Milli debat Proqramı: www.debate.az

Media xidməti: pr@debate.az

Bu bölməyə aid digər xəbərlər.