bu işdə bir niş var » Bill Qeytsdən 16 aforizm
Tarix : 2017-11-06 16:40:46 | Baxılıb : 75
Font Ölçüsü:   |  

Facemark.az “Microsoft”un qurucusu, “Bill & Melinda Gates” xeyriyyə fondunun rəhbəri Bill Geytsin 16 aforizmini təqdim edir.

1. Kompüterin olmadığı bir dünyadan indi hər gün ondan istifadə edilən bir dünyaya transfer etmək inanılmazdır. Bu həmişə reallışdırmaq istədiyim bir xəyal idi. Artıq bir qismi reallaşıb. (Rolling Stone, Mart, 2014)

2. Bilirsinizmi? 1975-ci ildə “Hər evə və hər masaya bir kompüter olsun” deyərkən nə qədər böyük bir şirkətə çevriləcəyimizi düşünmürdük. Həmişə belə deyirdim: Tanrım, nə vaxtsa iki qat böyüyə bilərikmi? (AUThingsD, may, 2007)

3. Steve və mən çox fərqli insanıq. Amma əsl insan sərrafı idik. İkimizdə həddindən çox enerji və çox çalışqanlıq vardı. Amma çox əla idi. Nə olursa olsun, “Mac” layihəsi inanılmaz bir təcrübə oldu. (Rolling Stone, mart 2014)

4. Steve qədər insan üzərində təsiri olan ikinci bir şəxsi dünya görməyib. Onunla işləmək, bu şansa sahib olan bizlər üçün şərəf idi. (Business İnsider,2011)

5. Şablon olsa da “briç” oynamağı sevirəm. Hər axşam isə qabları yuyuram. Əlbəttə, başqaları bu işi mənim yerimə görməyi təklif edir, amma bu işdən keyf alıram. (Reddit, fevral, 2014)

6. Hansısa ideyanın sadəcə zaman itkisi olduğunu düşünürəmsə bunu həmin an deyirəm. Ona görə də, məni tez-tez “Bu həyatımda eşitdiyim ən axmaq fikirdir” deyən görə bilərsiniz. (Playbol, iyul, 1994)

7. Bugünkü modern həyat tərzimiz siyasətçilərin əsəri deyil. 1700-cü ildən öncə insanlar yoxsulluqdan ölürdü. O vaxtlar yaxşı siyasətçi yox idimi? Əlbəttə var idi, amma sonradan kəşf etməyə başladıq. Təhsil və iqtidarlıq şərtdir, amma əsas lokomotiv kəşf etməkdir. (Rolling Stone, mart 2014)

8. İş düşünməyə ayırdığım zaman 10%-i keçmir. Məncə, iş görmək o qədər də qarışıq bir şey deyil. (Playbol, iyul, 1994)

9. Bəlkə də bu kainat təkcə mənim üçün yaradıldı! Biləməzsiniz. Əgər elədirsə, deməliyəm ki, hər şey yaxşı gedir. (TİME, yanvar, 1997)

11. “Microsoft”un bir zamanlar çox yaxşı rəqibləri var idi. Yaxşı ki, bu gün muzeylər var və biz onları orda görə bilirik. (İnfo World, oktyabr, 2004)

12. Öyrənmək üçün ən yaxşı qaynağınız xoşbəxt olmayan müştərilərdir. (Forbes, mart, 2014)

13. Uğuru qeyd etmək lazımdır. Amma uğursuzluq zamanı əldə etdiyiniz təcrübəni heç vaxt unutmamalısınız. (İnvesting Answers, 2011)

14. Bir nöqtədən sonra pulun mənə faydasını görmədim. Pulun ən önəmli tərəfi bir fond yaradıb, dünyanın ehtiyacı olan insanlarına lazım olanları çatdıra bilməkdir. (The Telegraph UK, yanvar, 2013)

15. Təyyarə sahibi olmaq mənim zövqlərimdən biri idi. Warren Buffet bunun müdafiə ediləcək bir tərəfi olmadığını deyir. Amma xeyriyyə işləri üçün çox yerə getməyim lazım olur. Təyyarəm olmasa idi bunu edə bilməyəcəkdim. (Reddit, fevral, 2014)

16. Zəkanın tərifini vermək çox çətindir. Zəkada konkretliklik, yeni vəziyyələri qavramaq bacarığı var. Zəka güclü suallar verə bilməkdir. Xatırlaya bilmək qabiliyyətidir. Ilk baxışda əlaqə görülməyən sahələr arasında bağlantı tapa bilməkdir. (Playboy, 1994)

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.