Ordan-Burdan » Bitcoinin dəyəri 7000 dollara yaxınlaşır
Tarix : 2017-11-02 10:52:35 | Baxılıb : 96
Font Ölçüsü:   |  

Dünyanın ən böyük birja şirkəti “CME Group”un Bitcoin ilə fyüçers əməliyyatlarına başlayacağını açıqlaması onun qiymətini 6836 dollara çatdırıb.

Facemark.az Bloomberg-ə istinadən xəbər verir ki, bu informasiya investorlar və maliyyə dünyasında bitcoinin nüfuzunu artırıb.

Hesablamalara görə isə bitcoin təkcə bu il 573% bahalaşıb. Bitcoinin əsl başgicəlləndirici bahalaşması son beş ildə baş verib. Virtual pul 2012-ci ildən günümüzədək 102 min faiz bahalaşıb.

23.06.2012 / 6.4 DOLAR

02.11.2017 / 6532 DOLAR

“Virtual pul”, “kriptovalyuta” kimi adları olan bitcoinin ənənəvi pullardan fərqi odur ki, onu hökumətlər idarə edə bilmir.

Qeyd edək ki, Rusiya, Vyetnam, Çin kimi ölkələr virtual pullardan imtina etmələrinə baxmayaraq bitcoinin qiyməti və nüfuzu artmaqda davam edir.

Bu bölməyə aid digər xəbərlər.