Buna bir ad ver » Bitkoin haqqında sizi təəccübləndirəcək faktlar
Tarix : 2017-10-27 13:00:24 | Baxılıb : 98
Font Ölçüsü:   |  

Oktyabrın 20-də qlobal bazarda bitkoinin qiyməti 6000 dollar səviyyəsini ötmüşdü.

Facemark.az “World Coin Index”ə istinadən xəbər verir ki, bitkoinin bu günə olan qiyməti 5 min 876 dollar olub.

Qiymətin 6000 dollar səviyyəsinə çatması nəticəsində ağıllarda iki sual yarandı. Bitkoin alaq yoxsa yox? Bəzi xarici şirkət rəhbərləri, investorların bu barədə fikirlərini nəzərinizə çatdırırıq.

“Black Rock” şirkətinin baş icraçı direktoru Larry Fink deyib ki, bitcoin yalnız “pulların yuyulması” üçün istifadə olunacaq.

Səudiyyə milyarderi, investor Şahzadə Əl Vəlid bin Talal dünən bitcoinin günün sonunda qiymətinin almaq üçün yaxşı olduğunu deyib. JP Morgan Chase CEO-i Jamie Dimon isə bitcoin tənqidçilərindəndir.

Dimona görə, “Ancaq axmaqlar bitkoin ala bilər. Əgər alsaz isə bir gün bunun əvəzini ödəməli olacaqsınız.

“Standpoint Araşdırmaları Mərkəzi”nin rəhbəri isə Ronnie Maos düşünür ki, bitkoin qarşıdakı 10 il içərisində 50 min dollar artacaq və bazar dəyəri trilyon dollardan çox olacaq.

Analtiklər düşünür ki, bu gün bitkoinin bazar dəyəri “Goldman Sachs”ı ötüb. Yaxın 5 il içərisində isə bitkoinin bazar dəyəri Apple-a çatacaq.

Qeyd edək ki, Coinmarketcap.com saytının məlumatına görə, bitcoin bazar dəyəri Asiyada günorta saatlarında təxminən 95,9 milyard dollar təşkil edib. “Thomson Reuters” agentliyinə görə, “Goldman Sachs”ın bazar dəyəri 93,67 milyard dollar, “Apple” isə 806,5 milyard dollar olub.

Bu bölməyə aid digər xəbərlər.