digimark » BlackBerry marka hüquqlarını satdı
Tarix : 2016-12-28 16:58:05 | Baxılıb : 639
Font Ölçüsü:   |  

Blackberry sentyabr ayından etibarən mobil telefon istehsal etməyəcəklərini və bunun yerinə xidmət proqramlarına yönələcəklərini açıqlamışdı.

Kanadalı firma, indi də BlackBerry markasının qlobal haqqlarını Çin mərkəzli şirkət TCL-yə təhvil verdiyini bildirib. TCL, bundan əvvəl də bir başqa ağıllı telefon istehsalçısı Palm-ı keçdiyimiz yanvar ayında tərkibinə qatdığını eşitdirmişdi. Bu razılaşma markanın qlobal haqqlarını təhvil vermək üzrə olsa da, bununla əlaqədar bəzi məhdudiyyətlər yarandı. Belə ki, bu razılaşma Hindistan, Nepal, İndoneziya, Şri-Lanka və Banqladeşdə etibarlı olmayacaq.

Bloombergə görə, Hindistan və İndoneziya üçün bunun etibarlı bir səbəbi var. Blackberry, hazırda Hindistan mərkəzli bir firmayla başqa bir iş üzərində çalışır. İndoneziyada isə Kanadalı firmanın bir lisenziya müqaviləsi mövcuddur. BlackBerry və TCL arasında edilən razılaşma çərçivəsində, Blackberry markalı telefonların dizaynı, istehsalı, satışı və müştəri dəstəyindən məsul olacaq. BlackBerry isə proqram və servislərlə maraqlanacaq. TCL-in BlackBerry markalı telefon çıxarması əslində yenilik deyil. BlackBerry markasıyla satışa çıxarılan son iki Telefon DTEK50 və DTEK60 da, TCL tərəfindən çıxarılmışdı. Bu telefonlarda Android əməliyyat sistemi olduğunu da qeyd edək.

Firma üçün son illərdə işlərin heç yaxşıya doğru getmədiyini söyləmək səhv olmaz. 2009-ci ildə qlobal ağıllı telefon bazarının 20% -ni əlində saxlayan Kanadalı firma, bu sıralarda yalnız 0,1%-lik bir paya sahibdir. Düyməli telefonlarla zamanında bazarda olduqca güclü bir mövqeyə sahib olan firma, 2007-ci ildə iPhone ilə başlayan və qısa müddətdə bütün dünyada məşhur olan ağıllı telefonların dövründə, zamanın tələbinə cavab verə bilmədi.

Bu bölməyə aid digər xəbərlər.