Buna bir ad ver » Bolkart saytında “şəxsi kabinet” bölməsi istifadəyə verilib
Tarix : 2013-09-25 17:01:00 | Baxılıb : 3812
Font Ölçüsü:   |  

150.000-nə yaxın Bolkart istifadəçisinin rahatlığını təmin etmək məqsədilə www.bolkart.az saytında “şəxsi kabinet” bölməsi istifadəyə verilib. Tətbiq edilən bu yenilik sayəsində Bolkart istifadəçiləri gün boyu fasiləsiz rejimdə alış-verişlərinə çevik nəzarət edə bilərlər. Belə ki, şəxsi kabinet funksiyası vasitəsilə kart sahibi hesab qalıqları və hesab hərəkətlərini rahat izləyə bilər. Bolkart istifadəçisi növbəti ödənişinin məbləğini, kartdakı cari balansı və digər faydalı məlumatları əldə edə bilər. Bunun üçün sadəcə www.bolkart.az saytına daxil olub, əks olunan xanaları doldurmaq tələb olunur.

 

“Şəxsi kabinet” funksiyasının istifadəyə verilməsi www.bolkart.az saytının yenilənməsi prosesi çərçivəsində həyata keçirilir. Bir müddət öncə yenilənmiş sayt vasitəsilə artıq axtarış sistemi, onlayn kalkulyator,tərəfdaş şirkətlər, reytinq səsverməsi kimi funksiyalardan istifadə etmək olar.

 

Daha ətraflı məlumatı  www.facebook.com/bolkart saytından əldə edə bilərsiniz.

 

Bu bölməyə aid digər xəbərlər.