Buna bir ad ver » Brent markalı neftin qiyməti son 27 aylıq maksimumu yenilədi
Tarix : 2017-11-01 10:08:00 | Baxılıb : 99
Font Ölçüsü:   |  

“Qara qızıl”ın qiyməti son 27 ayda ilk dəfə olaraq 61 dolları ötüb.

Facemark.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,50% artaraq 54,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,34% bahalaşaraq 61,15 dollar olub.

Bununla da Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayından bəri ilk dəfə 61 dolları keçib.

Başqa sözlə, Brent markalı neft 27 aylıq maksimumu yeniləyib. “Qara qızıl”ın bahalaşmasına OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılacağı ilə bağlı gözləntilər səbəb olub.

“AzeriLight”ın markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar və ya 1,19% artaraq 62,20 dollar təşkil edib.

Bu bölməyə aid digər xəbərlər.