Ordan-Burdan » Britaniya kraliçasının adı ofşor hesablara qoyulan pullarla hallanır
Tarix : 2017-11-06 11:16:00 | Baxılıb : 124
Font Ölçüsü:   |  

Böyük Britaniyanın kraliçası II Yelizavetanın nümayəndələri ofşor hesablarına 10 milyon funt-sterlinq ( 13 milyon dollar-red.) sərmayə qoyublar.

Facemark.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.

“Paradise Paper” adlı xəbərdə qeyd edilib ki, bu pullar Cayman və Bermuda adalarında yerləşən fondlara investisiya edilib.

Vəsaitlər kraliçəyə adi olan əmlak portfelinin böyük qisminə sahib Lankaster hersoqluğunun sayəsində qazanılıb.

Fondlardan biri pulun bir hissəsini adı qanunsuz şəkildə kreditlərin verilməsində ittiham olunan BrightHouse şirkətinə qoyulub.

Hersoqluğun nümayəndəsi artıq açıqlama verib : “Biz ancaq yoxlanılmış fondlara maliyyə yatırımı edirik. Kraliçə Lankasterdən gələn gəlirlərə görə də vergi ödəyir”.

“BrightHouse” da qoyulan investisiyalardan danışan hersoqluğun nümayəndəsi deyib ki, “Uzun müddət əvvəl qoyulan ivestisiyalar haqqında məlumatlı deyillər”.

Həmçinin sənədlərdə Kanadanın baş naziri Castin Tryudo, ABŞ-ın dövlət kativi Reks Tillerson və başqa nüfuzlu siyasətçilərin də adı hallanır.

Bu bölməyə aid digər xəbərlər.