Ordan-Burdan » Buffer Etdi Siz Etməyin !
Tarix : 2017-07-12 17:32:45 | Baxılıb : 242
Font Ölçüsü:   |  

Sosial medialarda zamanlanmış məzmun paylaşmağı asanlaşdıran dünyaca məşhur proqram Buffer “hər kəs səhv edə bilər” deyərək, yarandığından bəri sosial medyada yol verdiyi səhvləri , başqalarının da təkrarlamaması üçün maddə-maddə sıraladı.

Buffer’ın açıqladığı səhvlər bunlardır:

  1. Keyfiyyətdən çox kəmiyyətə fokuslanmaq
  2. Az sayda kanala fokuslanmaq keyfiyyəti artırmaq yerinə bütün sosial medya platformlarında yer almaq
  3. Eyni məzmunu fərqli platformlarda paylaşmaq
  4. Sadəcə üfüqi (1,024 x 512) vizual və videolardan istifadə etmək
  5. Ancaq öz məzmunlarını paylaşmaq
  6. İstifadəçilər tərəfindən formalaşan məzmuna yer verməmək
  7. Sosial medya platformlarına video yükləməmək, bunun yerine videoların YouTube linklərini paylaşmaq
  8. Məzmun paylaşarkən xüsusi bir kütlə hədəfləməmək
  9. Yaxşı performans nümayiş edən paylaşamaları önə çıxarmağa ehtiyac duymamaq
  10. Sosial medyada suallara (kifayət qədər) tez cavab verməmək

Bu bölməyə aid digər xəbərlər.