Yazırlar » Bugünün Marketinqi 2 – 29 müəllif, 90 yazı ilə çapa gedir
Tarix : 2016-10-07 14:22:15 | Baxılıb : 333
Font Ölçüsü:   |  

Söz verdiyimiz kimi 05 oktyabrda artıq “Bugünün Marketinqi 2″ kitabına yazı qəbulunu dayandırdıq. Keçən ildən 05 oktyabra qədər facemark.az-da yazısı çıxan və müəyyən etdiyimiz fəsillərə uyğunluq təşkil edən yazıların hamısını topladıq. 29 müəllifin 90 yazısı yeni kitabda yer alacaq. facemark.az-dan bu yazıları oxumayan hər kəs 05 noyabrdan etibarən bütün kitab mağazalarından kitabı ala biləcək.

Keçən nəşr artıq tam satılıb bitib. İstər kitab mağazalarında, istər oxuculardan, istərsə də tələbələrdən aldığımız fikirlərə əsasən deyə bilərəm ki, bu kitab praktik marketinqi öyrənmə işinə ən çox xidmət edən kitablardan olub. Universitet müəllimləri də dərslərində bu kitabı oxumağı məsləhət görürlər. Ötən gün İqtisad Universitetində Marketinq tədris edən müəllim dostumuz özü də bu kitabı oxuduğunu və indi fikirlərini real keyslərlə daha yaxşı izah edə bildiyini dedi. Bu məni çox sevindirir həqiqətən. Bu həm də ilk nəşrdə yazısı çıxan 33 müəllifin uğurudur. Onlar təkcə öz iş otaqlarında təcrübələrini artırmayıblar, əksinə bildiklərini paylaşmaqla daha çox adama kömək ediblər. İndi isə ikinci nəşr gəlir. Bu dəfə 29 müəllif, 90 yazı ilə. Aşağıda Sizə yazıların və yazarların adını paylaşıram.

s/n Yayımlanma tarixi Yazar adı Yazı adı
1 05/11/2015 Numrəddin Hüseynov Qoxu üzərindən Marketinq
2 16/11/2015 Murad Məlikov Uğurlu telefon danışıqları üçün – təcrübə
3 21/11/2015 Səbuhi İsazadə Sağlam rəqabətin əlamətləri
4 30/11/2015 Anar Bayramov Marketerlərin işi necə ölçülür? “KPI”lar necə qoyulmalıdır?
5 30/11/2015 İlham Ali Yusif 19 yaşlı kuryer və gənclərə ilk işlə bağlı tövsiyyələr
6 03/12/2015 Ruslan Süleymanlı Müsəlman etikası və marketinqin ruhu
7 03/12/2015 İlham Ali Yusif Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə
8 09/12/2015 Samir Kərimov Azərbaycanda mobil bankçılıq
9 11/12/2015 Malik Rəşidov İclasların faydası varmı?
10 15/12/2015 Rafiq Hunaltay Bakının kitab mağazaları – Kim Kimdir?!!!
11 17/12/2015 Ruslan Süleymanlı Merçendayzinq ilə satışlarınızı artırın – 3
12 23/12/2015 Rafiq Hunaltay “Xalqların və kütlənin psixologiyası”na aid daşdan keçən 21 fikir
13 04/01/2016 Müşfiq Zərbəli Gələcək mütləq gələcək!
14 07/01/2016 Səfər Aslanov Dövrlər və Davranışlar
15 12/01/2016 Orxan Rzayev Azərbaycanda bloq yazmaq – dəlinin divarla danışması kimidirmi?
16 12/01/2016 Aysel Cəbrayılova Niyə bloqerlərlə işləmək lazımdır?
17 12/01/2016 Tehran Abdurrahimov Sən “döyərsən”, yoxsa “CV”in ?
18 19/01/2016 Hüseynağa Əliyev Böhran ödənişli televiziya bazarına necə təsir göstərib?
19 21/01/2016 Tehran Abdurrahimov 3-ü 1 arada çox bahalıdır, böhran var, siz 2-si 1 arada ilə davam edin
20 25/01/2016 Müşfiq Şiralıyev Reklam?! “Pofiq”
21 01/02/2016 Anar Bayramov Biznes konsultantlıq boş şeydir?
22 02/02/2016 Hüseynağa Əliyev İqtisadi böhran zamanı Marketinq: Təhdidləri imkanlara necə çevirək?
23 03/02/2016 Nicat Manafov İnkişaf məlhəmi
24 04/02/2016 Tehran Abdurrahimov 2016 üçün İşə Qəbul Trendləri
25 08/02/2016 Nicat Manafov Startup təşəbbüskarlığına inam, böhrandan xilasdır
26 19/02/2016 Rafiq Hunaltay Xoşbəxt olmaq istəyirsən?! OL DA, daha vaxtımızı niyə alırsan!!! :)
27 26/02/2016 Vaqif Abbasov Influencer Marketing nədir?
28 29/02/2016 Numrəddin Hüseynov Xanımlar və alış-veriş davranışları
29 03/03/2016 Rafiq Hunaltay Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları (I hissə)
30 14/03/2016 Rafiq Hunaltay 70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!
31 14/03/2016 Nicat Manafov Banklara borc və intihar
32 17/03/2016 Pərviz Əzimov Google Analytics 360 Suite nədir?
33 25/03/2016 Anar Bayramov Satış planlaması
34 25/03/2016 İsmayıl Vəliyev Boşan ki, uğurlu olasan
35 30/03/2016 Nicat Manafov Kiçik sahibkarlar ixracatı necə etsin?
36 30/03/2016 Rafiq Hunaltay Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?!
37 06/04/2016 Anar Quliyev 2016-cı ilin trendləri
38 12/04/2016 Anar Quliyev Azərbaycanda 2016-cı il iqtisadi aktivlik trendləri
39 15/04/2016 Səfər Aslanov Əndrabadi Marketinq
40 18/04/2016 Aysel Cəbrayılova Kontent yaradarkən diqqətli olun!
41 19/04/2016 İsmayıl Vəliyev Şəxsi performans dəyərləndirməsi və özümüzü ifşa etmə sənəti
42 29/04/2016 Tərlan Ələkbərov İnsanlar niyə paylaşır
43 06/05/2016 Nicat Manafov Elektron Ticarətə başlamazdan əvvəl bunlara diqqət
44 30/05/2016 İsmayıl Vəliyev “AOHE” nəhəng hədəfləri reallaşdırmanın #1 aləti.
45 30/05/2016 Səfər Aslanov Böhranda 3İ Modeli
46 06/06/2016 Rafiq Hunaltay 3B1D metodu
47 17/06/2016 Rafiq Hunaltay Şorun fəlsəfəsi
48 20/06/2016 Rafiq Hunaltay Həqiqəti Enrikinin qucağında axtaranlar
49 25/06/2016 Rafiq Hunaltay Şirə bazarı haqqında nələri bilməliyik?
50 28/06/2016 Rafiq Hunaltay Məhsul yerləşdirmədə buraxılan səhvlər
51 28/06/2016 Aynur Atabəyli Meta Fetişizm
52 28/06/2016 Zahid Şaliyev Azərbaycanda ixtisaslaşmış Aqro-İnvestisiya bankına ehtiyac var
53 01/07/2016 Aysel Cəbrayılova Facebook“event” nə üçün lazımdır?
54 01/07/2016 İlham Ali Yusif Hamı bir nəfər kimi, bir nəfər isə öz bildiyi kimi
55 04/07/2016 Rafiq Hunaltay İş mühitində lider-menecer balansı
56 13/07/2016 Rafiq Hunaltay Əsl oxucu kimdir?
57 13/07/2016 Rafiq Hunaltay “Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i -
58 13/07/2016 Qələndər Məmmədli Texnologiya və Müştəri Davranış Paradiqması
59 13/07/2016 Səbuhi İsazadə Bank da bir dükandır, sadəcə pul satır
60 2016-07-14 Rafiq Hunaltay İnsanın telefona çevrilməsi
61 23/07/2016 Aynur Atabəyli Whatsapp necə pul qazanır?
62 27/07/2016 Rafiq Hunaltay Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?!
63 29/07/2016 Rafiq Hunaltay Enerji içkiləri VS İdman içkisi – səhv düşəndə yerimiz
64 02/08/2016 Rafiq Hunaltay Azərbaycan reklam bazarı 2016-cı ilin I yarısında
65 05/08/2016 Rafiq Hunaltay Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (I hissə)
66 08/08/2016 Aynur Atabəyli Sosial medianın düzgün idarə edilməsi
67 08/08/2016 Rafiq Hunaltay Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (II hissə)
68 12/08/2016 Rafiq Hunaltay Marketoloq ucuz və keyfiyyət arasında qalarsa
69 29/08/2016 Rafiq Hunaltay Dəyişək, yoxsa dəyişdirək?!
70 30/08/2016 Rafiq Hunaltay Psixoloji qiymət qoyma növləri – bunu maa neçəyə verərsən?! (I hissə)
71 30/08/2016 Rafiq Hunaltay Psixoloji qiymət qoyma növləri – aşağı yeri yoxdu?! (II hissə)
72 06/09/2016 Rafiq Hunaltay Müştərinin dili
73 09/09/2016 Orxan Mirzəyev Enerji içkiləri və reallıq
74 09/09/2016 Orxan Mirzəyev İşçinin faydasız olmasının əsas səbəbləri
75 09/09/2016 Müşfiq Azəryar Güclü Marka olmanın önəmi. Yerli Istehsal məhsullarında markalaşma problemi
76 09/09/2016 Müşfiq Azəryar Yerli qida sektorunda yeni məhsulun bazara çıxarılması layihəsinin idarə edilməsi
77 14/09/2016 Nahid Şirinov “Bizim” Zadə qeyri-səlis məntiqi təkcə yaponlar üçün elmə gətirməmişdi…
78 15/09/2016 Orxan Mirzəyev Supermarket şəbəkələri və satınlama (pul qopartma) şöbələri
79 16/09/2016 Fərrux Rəhimov Reklam əxlaqı
80 19/09/2016 İsmayıl Vəliyev Planlarınız arasina bunu yazmayin (Əsla!)
81 27/09/2016 İlham Ali Yusif Yaşıl düşünmək sadəcə trendirmi?
82 28/09/2016 Nahid Şirinov Azərbaycanda mərc oyunları biznesinin hazırki vəziyyəti və marketinq problemləri
83 28/09/2016 Orxan Rzayev Facebook istifadəçi sayına görə Azərbaycanın şəhər və rayonları – STATİSTİKA
84 28/09/2016 Orxan Rzayev SMM ilə bağlı trendlər necə dəyişir? – Tvitter Video nümunəsi
85 29/09/2016 Orxan Rzayev Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası
86 29/09/2016 Orxan Rzayev Sosial Media Marketinqi’ni hər kəsin öyrənməli olduğunu bilirdinizmi?
87 29/09/2016 Orxan Rzayev Sosial mediada yazılan neqativ rəyləri 7 addımda pozitivə çevirin!
88 30/09/2016 Rafiq Hunaltay Televiziya kanallarına hansı vasitələrlə baxırıq?!
89 03/10/2016 Fərrux Rəhimov Təşəbbüskarlıq tədrisi niyə vacibdir?
90 03/10/2016 Orxan Rzayev Azәrbaycan şirkətlərinin Twitter’dә etdiyi 4 sәhv

Bu arada DMC2016-ya da sayılı günlər qalır. İnşallah çox gözəl olacaq. Təşkilatı komandamız gecə-gündüz demədən çalışır ki, bu il 500 nəfərlik auditoriyanın tələblərini istənilən səviyyədə qarşılaya bilək. Hələ konfransa qədər də bir çox yeniliklərimiz olacaq. Hər gün nələrisə dəyişirik, əlavə edirik. Odur ki, Siz də bizimlə birgə 05 noyabr Badamdar Oteldə yeni digital trendləri izləməyə, dinləməyə gəlin. Ətraflı məlumat lazım olsa, saytımız da var :)www.dmcbaku.az /facebook səhifəsi isə – https://www.facebook.com/dmcbaku.az/?fref=ts

Növbəti dəfə daha faydalı olmaq ümidilə…