bu işdə bir niş var » Caviardan yeni Putin-Trump modeli
Tarix : 2017-07-08 14:49:38 | Baxılıb : 356
Font Ölçüsü:   |  

Almanyanın Hamburg şəhərində keçirilən G20 Zirvəsində ABŞ Prezidenti Donald Trump'la Russiya Federasiyasının Prezidenti Vladimir Putin'in ilk rəsmi görüşləri başa çatdıqdan sonra bu görüşü qeyd etmək istəyən Russiyanın lüks sirkəti Nokia 3310 modelinin üzərində dünyanın iki böyük liderinin üzlərinin işləndiyi yeni xüsusi buraxılışlarını bazara çıxardı.

Əgər Caviar şirkəti haqqında məlumatınız varsa, deməli bu modelin şirkətin istehsal etdiyi ilk fərqli model olmadığını bilirsiniz. Caviar bu model kimi şah əsərlər yaratmağı ilə tanınır. Hərçənd, Caviar Nokia 3310 "Supremo Putin" modelindən sonra Caviar Nokia 3310 "Putin-Trump Zirvə" modeli o qədər də təəccübləndirici olmamalıdır.

Bunu da qeyd etmək lazımdır ki, Caviar şirkəti həm də iPhone şirkətinin istehsalı olan məhsullara çox oxşar modelləri bazara çıxarmağıyla da tanınır

Almaq üçün 2.464 dollar ödəməli olduğunuz bu modelin 'Menyu' düyməsinə qoyulan işarə də ABŞ ilə Russiyanın dostluğunu ifadə edir. Titanla örtülmüş bu telefon üzərində G20 Zirvəsinin nişanı var. Liderlərin eyni istiqamətə baxdığı qızıl ilə örtülmüş portretlər isə " ABŞ-Russiya münasibətlərində inkişafa olan istəyi" simgələyir.

Bu bölməyə aid digər xəbərlər.