sərgi, festival və konfranslar » Çeboksarıda "Açıq Volqa- 2016" territorial marketinq və reklam festivalının qaliblərinin təltifetmə mərasimi keçirilib
Tarix : 2016-06-28 13:46:57 | Baxılıb : 632
Font Ölçüsü:   |  

15 iyun 2016 -cı ildə Çuvaşıstan Respublikasının Çeboksarı şəhərində Anti İnhisar Siyasəti üzrə Dövlətlərarası Sovetin marketinq kommunikasiyası sahəsində "Faydalığına görə" şərəf nişanlarının təltifetmə mərasimi keçirilib.

Mərasim "Açıq Volqa - 2016" territorial marketinq və reklam adlı dövlətlərarası yaradıcılıq festivalı zamanı baş tutub.

Respublikanın əsas meydanına Rusiya, Qazaxıstan, Özbəkistan, Moldova, Belarusiya, Ermənistan, Qırğızıstan və əlbəttə ki, Azərbaycandan çağrılan qonaqlar toplaşıb.

Regionların təsviri və turizmin reklamına həsr olunan "Açıq Volqa" festivalı, Rusiyada dövlətlərarası miqyasda keçirilən ilk hadisə olaraq konkurs, maarifləndirmə və elmi-praktiki mövzular kimi 3 vacib platformaları özündə birləşdirib. 15-17 iyun ərzində Çeboksarıda Rusiyanın müxtəlif regionları, Belarusiya, Qazaxıstan və digər ölkələrinin mütəxəssilərinin iştirak etdiyi dairəvi masalar, seminarlar və master klasslar uğurla keçirilmişdir.

Dövlət opera və balet teatrında MDB ölkələrinin reklam işçiləri - marketinq kommunikasına "Faydalığına görə" nominasiyasında Dövlətlərarası sovetin şərəf nişanı ilə təltif olunublar.

Antiİnhisar Siyasəti üzrə Dövlətlərarası Sovetin eqidası altında olan bu şərəf nişanı - marketinq kommunikasiyası və əlaqədar sahələr üzrə dövlət ərazisində yekun məlumat məkanının və humanitar əməkdaşlığın inkişafına olan kömək, bazarın inkişafı ilə bərabər cəmiyyət və dövlətə verdiyi müsbət təsir və ümumi insan dəyərlərinin təbliğatının nəaliyyətləri üçün təltif olunur. Nişan şəxsi xarakter daşıyaraq müəyyən layihələr(işlər), layihə silsilələri və ümumi olaraq marketinq və kütləvi kommunikasiya sahəsi üzrə böyük xidmətlər üçün verilir.

Ölkəmizi təmsil edən namizəd Banner Group reklam agentliklərinin prezidenti Mahmudov Mehrac Məmməd oğlu olub. O, 1996-ci ildə metro və çöl reklamı üzrə ixtisaslaşdırılan Kommet və Poster reklam agentliklərini yaradaraq, zamanla hər iki agentliyin bazar seqmentində liderliyinə müvəffəq olub.

Mahmudov Mehrac Məmməd oğlu artıq XXI əsrdə Banner, Advert və Mediaforce reklam agentliklərini yaradaraq, Banner Group şirkətlər qrupunun bünövrəsini qoyub. Hər bir agentlik Azərbaycanda nəhəng media və kommunikasiya agentlikləri arasında liderlik pozisiyasını tutur. Daha sonra 2010-2012 illərdə cənab Mahmudov, Netant internet satış evi və Yayımla agentliyini yaradıb. Hər iki şirkət bazarda qabaqcıl yerləri tutub. Mahmudov Mehrac Məmməd oğlununun Azərbaycan reklam bazarına verdiyi faydalı xidmtlərdən siyahısına Azərbaycana dünya reklam bazarının nəhəng oyunçuları olan Mediacom, MEC, Mindshare, JWT, Young&Rubicam şirkətlərinin cəlb olunması, dünya üzrə agentliklərin istifadə etdiyi qabaqcıl və inkişaf etmiş alətlərin yerli bazara gətirilməsi, Azərbaycanda internet reklam bazarının inkişafı üçün Cənubi Qafqaz regionunda yenilik olan RTB sisteminin qurulması və s. aid etmək olar.

Bu bölməyə aid digər xəbərlər.