digimark » Çinli milyarder bu il onlayn ticarətdən nə qədər qazanıb?
Tarix : 2017-11-04 12:04:12 | Baxılıb : 367
Font Ölçüsü:   |  

Çin internet-şirkəti "Alibaba Group"un gəlirləri 2017-ci ilin 9 ayında 132% və ya 2,6 milyard dollar artıb.



Facemar.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd edilib.



Şirkətin gəlirləri 61% artaraq 8,3 milyarda qədər böyüyüb. Bu il üçün isə 49-53% artım gözlənilir.


Reutersin məlumatına görə, şirkətin səhmlərinin dəyəri bu ilin başlanğıcında 2 dəfə artıb. Hazırda şirkətin bazar dəyəri 477 milyard dollardır.



"Alibaba Group"un gəlirlərinin böyük hissəsi onlayn-ticarət təşkil edir. Onlayn-ticarətdən gələn gəlirlər isə cari ilin 9 ayında 63% və ya 7 milyard dollar olub.



Rəqəmsal mediada və əyləncə ( xüsusilə reklam) 721 milyon dollar, bulud texnologiyalarının tətbiq olunduğu sektordan əldə edilən gəlirlər isə 447 milyon dollara çatıb.



Alibaba Groupa onlayn mağaza AliExpress.com və elektron ödənişlər üçün isə Alipay daxildir.



Xatırladaq ki, "Alibaba Group" un CEO su məşhur çinli milyarder Jack Madır.

Bu bölməyə aid digər xəbərlər.