Buna bir ad ver » Çinlilər Qusarda traktor yığacaq: 10 milyon dollarlıq sərmayə
Tarix : 2017-10-31 17:22:23 | Baxılıb : 109
Font Ölçüsü:   |  

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, “Aqrofun” QSC və Çinin dövlət koorporasiyası olan “YTO GROUP” Azərbaycanda orta ölçülü traktorların istehsalının təşkilinə 10 mln. dollar məbləğində vəsait qoymağı planlaşdırır.



“Tərəflər arasında müvafiq saziş imzalanıb. İstehsal Qusar rayonunda təşkil olunacaq. Layihənin dəyəri 10 mln. dollar təşkil edir”, - deyə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədri rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd edib.



O vurğulayıb ki, hər il 800 ədədə yaxın traktorun istehsal olunacağı planlaşdırılır.



Qeyd edək ki, “YTO Group Corporation” 1955-ci ildə yaradılıb və Çinin kənd təsərrüfatı maşınlarının aparıcı istehsalçılarından biridir.

Bu bölməyə aid digər xəbərlər.