digimark » Çinlilər WeChat-da video yayımlayan dron yaratdılar
Tarix : 2016-10-14 13:04:15 | Baxılıb : 816
Font Ölçüsü:   |  

Tech in Asia portalının məlumatına görə, WeChat-ın yaradıcısı olan Tencent holdinqi, real vaxt rejimində mesencerdə video yayımlaya bilən Ying dronu yaratmışlar. Hələlik, Ying yalnız Çin əhalisi üçün mövcuddur.

Ying 13 meqapikselli kamera ilə təchiz olunub. Dron xüsusi mobil proqram vasitəsi ilə idarə olunur və avtomatik enmə sisteminə malikdir. Hələlik, cihazı yalnız Çin əhalisi əldə edə bilər və öncədən sifariş qiyməti 299 dollar təşkil edir.

Qeyd edək ki, Tencent artıq bir neçə ildir ki, Çinin ən bahalı şirkətlərindən biridir. 2015 ildə holdinq, Facebook və Amazonu qabaqlayaraq, 66 milyard dollar dəyərində qiymətləndirilirdi. Bu il holdinqin kapitalizasiyası 256,6 milyard dollara çatıb.

Tencent-ə məxsus olan WeChat mesenceri, mətn və səs mesajları göndərmək üçün ən məşhur xidmət hesab olunur. WeChat-ın ayliq auditoriyası 800 milyon nəfərə çatır. Messencer Facebook , Twitter, Instagram və Sina Weibo kimi sosial şəbəkələrlə bərabər, mobil proqramlardan gələn reklam gəlirləri üzrə lider hesab olunur.