VirDuel » "Coca-Cola Hellenic" şirkətində ticari marketinq qrup direktoru "Marketing Kingdom Baku" tədbirində çıxış edəcək
Tarix : 2013-03-12 10:00:00 | Baxılıb : 2519
Font Ölçüsü:   |  

Ania Jakubowski Afina, Yunanıstanda yaşayır və Coca-Cola Hellenic şirkətində Ticari Marketinq Qrup Direktoru olaraq işləyir. 2011-ci ildə şirkət ümumilikdə Avropanın 28 ölkəsi üzrə 6.9 milyard avro həcmində gəlir əldə etdiyni bildirdi.

Bundan əvvəl o, Procter & Gamble şirkətində Şimali Amerika, Şərqi, Mərkəzi və Qərbi Avropanı əhatə edən satış, marketinq, əməliyyat və bazar inkişafı rolları, strategiya və potensialın qurulması rollarında çalışaraq 20 illik beynəlxalq karyera qurmuşdur.

O, Kanadada dünyaya gəlmiş və böyümüş və Wilfrid Laurier Universitetini (Ontario) Biznes İdarəçiliyi üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Ania olduğu cəmiyyətlərin aktiv üzvüdür. O, OWIT International (Organization of Women in International Trade: www.owit.org) təşkilatının Məsləhət Şurasının sədridir. O, həmçinin, Women International Networking (WIN) Liderlik Forumu üçün Məsləhət Şurasında rol alır - və universitetin müxtəlif birliklərindən olan tələbələrə mentorluq edilməsində aktiv iştirakçıdır.

Bu aprel Ania, P World and Azercell tərəfindən təşkil olunan "Marketing Kingdom Baku" tədbirində çıxış etmək üçün Azərbaycana gələcək.

Aprel ayının 4-ü və 5-i 2013-cü il "Four Seasons Hotel Baku"da baş tutacaq olan "Marketinq Kingdom Baku" qlobal marketinq dünyasının ən son tendensiyalarını araşdıracaq. London Olympic Games, Microsoft, LEGO, Yahoo!, NovartisSAP-dan olan Marketinq Direktorları tədbirdə çıxış edəcək spikərlədən yalnız bəziləridir.

Ania, sizcə şirkət üçün öz müştəriləri(istehlakçıları) ilə əlaqənin ən effektiv yolu nədir?

Digər münasibətlərdə olduğu kimi; dinləmək, açıq olmaq, tanımaq və dəyişikliklərə uyğunlaşmaq. Özüvüzə sadiq qalmaq; orijinal olmaq. Hər hansı başqa yol - insanlar(bu halda, sizin istehlakçılar) sizi görmüyəcəklər.

Anlamaq lazımdı ki, öz istehlakçılarıvız ilə danışmaq işin yalnız bir tərəfidir - hazırki gün və yaşda - biz öz istehlakçılarımızın nə haqda danışdığını başa düşməliyik - onlar kiminlə danışırlar, bizim haqqımızda nə və necə danışırlar.

Siz dialoqa dəvət etməlisiz -istehlakçılara "sadəcə" danışmağın günləri əgər qurtarmayıbsa da artıq məhduddur. Qısası - digər münasibətlərdə olduğu kimi bu, inamın qazanılması haqqındadır - hansıki, dinləmək, anlamaq və qarşılıqlı əlaqədən gələ bilər.

Coca-Cola Hellenic-də olan marketinqi digər şirkətlərdəki marketinqdən fərqləndirən nədir?

Coca-Cola Hellenic daha geniş olan "Coca-Cola System"in bir hissəsidir. Sistemə The Coca-Cola Company də daxil olmaqla bottler-lər şəbəkəsi daxildir - bu bottler-lərin vəzifəsi lokal tələblərə uyğun olaraq qiymətlərin qoyulması və müştərilər, alıcılar və fəaliyyət göstərdiyimiz ictimaiyyət ilə qarşılıqlı anlayışın qurulmasıdır.

İstər, Coca-Cola şirkəti ilə əməkdaşlıqla alıcılar ilə əlaqədə olmaq və müştərilərə sevinc gətirmək və ya müştərilərə (məsələn, pərakəndə satıcılar) birgə dəyər gətirmək, istərsə də ictimaiyyətə yardım zamanı, Coca-Cola Hellenic müştərilər üçün üstünlük verilən təchizatçı və fəaliyyət göstərdiyi icmalarda müsbət dəyişikliklər üçün bir qüvvə olmağa çalışır.

Bəlkə də Coca-Cola sistemi daxilində ən böyük fərq mahiyyət etibarilə iki müəssisənin (Coca-Cola şirkəti və bottling şirkətləri) hər hansı bir bazarda eyni məqsəd olan brend sevgisini maksimum səviyyəyə çatdırmaq və nəticə etibarilə brendimizin alıcılıq qabiliyyətini artırmaq üçün birgə fəaliyyət göstərməkdir. Bu o deməkdir ki, məqsədə çatmaq üçün biz atdığımız addımları mümkün qədər sıx şəkildə bir-birimizlə uyğunlaşdırmalıyıq və birgə işləməliyik.

Bu günlərdə hamı sosial media haqqında danışır. Şirkətlərin bu sahədə buraxdıqları ən böyük səhvlər nələrdir?

Deyərdim ki, geniş, ənənəvi Gündəlik İstehlak Malları şirkətləri sosial mediaya uyğunlaşmaq və anlamaqda yavaşdılar. Əgər siz bu gün bir çox start up şirkətlərə və inkişaf etməkdə olan brendlərə baxsaz - sosial /rəqəmsal media onların həyat mənbəyidir və onların çoxu ənənəvi televiziyanı öz media siyahılarına salmırlar. Geniş korporasiyalar hərəkət etməkdə və qəbul etməkdə daha yavaş idilər - çünki, onlar sadəcə olaraq sosial medianın təsirini necə ölçmək lazım olduğunu bilmirdilər.

GRP-nin (Gross Rating Point) ölçülməsi və media planın analizi tanışdır- əslində "qarşılıqlı əlaqə" nə deməkdir anlamağa çalışmaq - və o "Iike"ların bəs etməməsi daha çox anlayış tələb edir.

Tanış olmayanı yoxlamaq və öyrənmək istəyinin olaması əsasdır - Coca-Cola daxilində 70-20-10 adlı innovasiya və investisiya prinsipi var. "İNDİKİ" zamanı ifadə edən 70% - yoxlanılmış və riski az yaxşı işləyən və nəticə əldə olunan şeylər, 20% - "YENİ" inkişaf etməkdə olan trendlər və imkanlar hansılar ki, sonda 70%-in bir hissəsi olacaq və 10% - "NÖVBƏTİ" yüksək riski ifadə edən - eksperimentlər, hələ də yoxlanılan idealar/yanaşmalar. Bu prinsipi Sistem olaraq əhatə etmək - öyrənməyə və sosial medianın gətirdiyi mühit kimi yeni reallıqlara uyğunlaşmağa və qəbul etməyə imkan yaradır.

Sizcə, bugünkü marketinq dünyasının ən böyük çətinlikləri nələrdir?

Mənim ilkin reaksiyam belə demək olardı - həyat çətinliklər olmadan necə olardı? Çətinliklər tərəqqi və innovasiya üçün toxumdur.

Əgər mən bu an nəyin unikal olduğunu müəyyən etsəydim - bu odur ki, indi dünya real vaxt üzrə işləyir, həmişə. İnformasiya anidir. Bu, daha çox çevik düçüncə və əməliyyat strukturu tələb edir. Və buna görə də, öz strategiyalarıvız, imkanlarıvız və insanlarıvıza daha çox inam. Qərar qəbul edilməsi daha üfüqidir - siz stukturlar yaratmalı və daha sonra öz adamlarıvıza orada işləməyə imkan verməlisiz, daha az əmr və keçmiçin daha az nəzarət sistemi - və daha çox mədəniyyətlər və səlahiyyəti artıran sistem ilə.

İnternet və mobillik - bizim həyatımızda çox şeyi yeniden tanımladı; vaxt anlayışı, istifadə etdiyimiz alətlər və qurğular - 5 il bundan qabaq kim bilərdi ki, iPad və ya planşet nədir? Və indi hər hava limanı və ya otelin istirahət otağı - 30-50% öz planşetlərində yazan adamlarla doludur. Bizim vərdişləri daimi hərəkətdədir - uçuş üçün qeydiyyatdan keçmək məni həmişə güldürür - aeroport heyəti mənim minik biletimin kodunu göstərməsi üçün blackberryimdə ekranı sürüşdürməyə çalışır. Mənim blackberryimdə isə hələ də balaca düymə var - məlumatın ekranda görünməsi üçün onu aşağı/yuxarı eləmək lazımdır. Necə alındı ki, mən artıq zamandan geri qaldım?

Siz əvvəllər Bakıda olmusuz? Tədbirdən gözləntiləriviz nələrdir?

Xeyr, olmamışam - və mən səfər etməyi səbirsizliklə gözləyirəm. Etiraf edim - mən tez-tez yaxşı tanınan beynəlxalq xəbər kanallarına baxıram - və Azərbaycan turizmi orda reklam olunur (bir çox ölkələrin bir sıra turizm nazirliklərinin etdiyi kimi). Tərəqqinin qarışığı - investisiya və iqtisadi artımı əhatə etməklə yanaşı, eyni zamanda zəngin mədəniyyət və irsin qorunub saxlanılması, mənim təcrübəsini yaşamaq istədiyim şeydir.

Mənim hobbim səyahət etməkdir - buna görə də, insanlarla tanış olmağı, ürək düyüntülərini hiss etməyi və şəhərin tarixi və mədəniyyətini anlamağı səbirsizliklə gözləyirəm. Və əlbəttə, Marketing Kingdom Konfransının bir hissəsi olmaq -harada ki, mən də digər spikerlər tərəfindən ilhamlanacam və auditoriya tərəfindən müsbət enerji alacam.

Mənə səfər zamanı görməli və etməli olduğum şeylər haqqında hər hansı məsləhətlər?

"Marketing Kingdom Baku" Azərbaycanın ən nüfuzlu şirkətləri tərəfindən dəstəklənir: Ölkənin aparıcı GSM operatoru Azercell Telekom tədbirin Platin Sponsoru, Paşa Bank Qızıl Sponsoru, Hesab.az Gümüş SponsoruBruketa & Zinic Baku tövsiyə olunan Reklam Agentliyidir.

Tədbirin tərəfdarları və media partnyorları bunlardır: Trend.az, Zerkalo, BOUTIQUE jurnalı,  Facemark.az & Facemark TV,  mak.az, biznesinfo.az, Azərbaycan Marketinq Cəmiyyəti, AIESEC Azərbaycan , jobs.day.az, marketer.ge.

Qeydiyyat haqqında daha ətraflı məlumat üçün zəhmət olmasa tədbirin rəsmi saytına daxil olun: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku



Trend.az

Bu bölməyə aid digər xəbərlər.