Buna bir ad ver » “Coca-Cola” şirkəti “Bakı Marafonu-2017”nin üç iştirakçısına velosiped hədiyyə edəcək
Tarix : 2017-04-28 14:10:10 | Baxılıb : 685
Font Ölçüsü:   |  

“Coca-Cola” şirkəti Azərbaycan paytaxtında növbəti dəfə təşkil olunacaq “Bakı Marafonu-2017”nin rəsmi tərəfdaşı qismində yarış iştirakçılarına maraqlı çağırış edib.

30 aprel tarixində keçiriləcək marafonda yarış başlamazdan öncə paylanacaq “Coca-Cola” brendli köynəklərlə finişə çatan ilk 3 nəfər şirkətdən hədiyyə olaraq velosiped qazanacaq. Bundan başqa, “Coca-Cola” şirkəti yarış iştirakçılarının su ilə təmin edilməsini və şirkətin yük avtomobilləri vasitəsilə iştirakçıların baqajlarının daşınmasını da həyata keçirəcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Marafonun əsas məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib ki, “Coca-Cola” dünyada, eləcə də ölkəmizdə idman və aktiv həyat tərzini dəstəkləyən bir şirkət kimi tanınır: «“Coca-Cola” həmişə Azərbaycanda gənclərin idmana və aktiv həyat tərzinə olan həvəsini dəstəkləyib. Əminəm ki, bizim “Bakı Marafonu-2017” böyük uğurla keçiriləcək, nəticədə həm Bakı şəhəri beynəlxalq aləmdə daha çox tanınanacaq, həm də aktiv həyat tərzinə qoşulan vətəndaşlarımızın sayı artacaq”.

E. Fərzəliyev onu da qeyd edib ki, “Bakı Marafonu-2017”də “Coca-Cola” şirkətinin bir çox əməkdaşları da iştirak edəcək.

“Coca-Cola” şirkətinin Azərbaycanda dəstəklədiyi proqramlar vasitəsilə 1 milyondan artıq insan idmana və fəal həyat tərzinə cəlb olunmuşdur. Bu proqramlar sırasında AFFA ilə birgə 6 il müddətində Azərbaycanın 70-dən çox rayon və şəhərlərində keçirilən futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” və Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Göy-Göl şəhərlərində həyata keçirilən “Olympic Moves” məktəblilərin idman proqramını göstərmək olar.

Bu bölməyə aid digər xəbərlər.