Ordan-Burdan » Coca-Cola unikal selfi şüşə yaratdı
Tarix : 2016-12-01 13:18:34 | Baxılıb : 784
Font Ölçüsü:   |  

Coca-Cola-nın İsrail bölməsi qeyri adi plastik butulka konsepsiyasını təqdim edib. Bu Selfie Bottle adlanan butulka üçün xüsusi altlıqdır. Selfie Bottle yarım litrlik butulkalara uyğun gəlir və 70 dərəcə əyilmə zamanı şəkil çəkir.

Butulka Coca-Cola Summer Love kampaniyası çərçivəsində, Gefen Team tərəfindən hazırlanmışdır. Altlığa əyilmə bucağını təyin edən sensor və kamera quraşdırılmışdır. “Sistem” sizin içdiyinizi təyin edən kimi kameranı işə salır. Alınmış şəkili dərhal Snapchat, Facebook və ya Instagram-a göndərmək mümkündür.

Lakin belə şüşələrin qiymətinin adi şüşələrlə müqayisəsini nəzərə alsaq, çətin ki, o geniş yayılsın (bəlkə də şirkət bu gadget-lərdən tədbirlərində istifadə edəcək).

Bu bölməyə aid digər xəbərlər.