Ordan-Burdan » Coca-Colanın yeni il reklamı istifadəçiləri məyus etdi
Tarix : 2016-12-06 11:33:50 | Baxılıb : 497
Font Ölçüsü:   |  

Coca-Cola şirkətinin yeni il reklamının təzə versiyası şəbəkə istifadəçilərini məyus edib. Belə ki, içki ilə dolu yük maşınının üzərində əks olunan Santa Klaus reklamın sonunda uşağa göz vurmur. Bir çoxları hesab edir ki, reklam bununla çox şey itirib.

Coca-Colanın yeni il reklamında Santa Klausun göz vurması, şirkətin bir növ vizit kartıdır. Lakin, əməkdaşların özü tərəfindəndən verilən şərhlərdə qeyd olunub ki, bu hissə xronometraj səbəbindən kəsilib. "Reklam bu il televiziyada 30 saniyə davam edir. Reklamın 60 saniyəlik tam versiyası, ümumiyyətlə göstərilməyəcək. Deməli, siz artıq Santanın göz vurmasını görməyəcəksiniz.” – onlar bildirib.

Xatırladaq ki, hal-hazırda bütün dünyada tanınan Santa Klaus obrazı, 1931-ci ildə Coca-Colanın rəssamı Haddon Sundblom tərəfindən elf deyil, gülərüz saqqalı qoca şəklində yaradılmışdır. Məhs bu Santa indi Milad və Yeni il bayramlarının simvoludur.