digimark » Cover-Up iPhone və MacBook Üçün daş örtüklər istehsal edir
Tarix : 2017-03-06 12:32:02 | Baxılıb : 557
Font Ölçüsü:   |  

Daha əvvəl telefon və s. cihazlar üçün taxtadan edilən örtükləri görmüşdük. Hətta İngiltərə mərkəzli Cover-Up firması da taxta örtüklər istehsal edən firmalardan biridir. Bundan əlavə firma, keçə və dəridən də örtüklər istehsal edir. Ancaq Cover-Up, artıq sıravi hala gələn bu tərz örtüklərə çox maraqlı bir alternativ təqdim edir. Şirkətin təqdim etdiyi bu alternativ isə daş örtükləridir.

Şirkət iPhone və MacBook üçün öz istehsalı olan əl istehsalı daş örtüklər satır. Bununla birlikdə bu örtüklər yüngül bir polikarbonat qabığa və zərbələrə qarşı əlavə qoruma təmin etmək üçün kauçukdan hazırlanmış kənarlara sahibdir. Bundan əlavə örtüklər, 80 qramdan daha yüngül və yalnız 7 mm qalınlığa sahibdir. Daş örtüklər, taxta ya da dəri örtüklərə görə çox daha incə bir sənətkarlıq tələb edir. Ancaq Cover-Up-ın daş örtüklərinə baxıldıqda, həqiqətən çox müvəffəqiyyətli bir iş ortaya çıxardıqları rahatlıqla görülə bilir.

Cover-Up-ın bəzi daş örtük dizaynlarını aşağıda görə bilərsiniz. Bununla birlikdə firmanın müxtəlif iPhone və MacBook modelləri üçün satışa təqdim etdiyi bütün daş örtük modellərinə aşağıda baxa bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər.