Ordan-Burdan » Dadı gözəl, adı yeni Coca-Cola Zero Sugar
Tarix : 2017-10-17 19:00:03 | Baxılıb : 296
Font Ölçüsü:   |  

Keçən il Pepsi Max markasını Pepsi Zero Sugar adıyla yenidən bazar buraxan və yenilənən məhsulu Super Bowl-da tanıdan Pepsinin ardından Coca-Cola da şəkərsiz kolası Coke Zero-nun adını Coca-Cola Zero Sugar’la əvəzləyir. Coke Zero’la nisbətdə qablaşdırma dizaynı və adından başqa elə də kəskin dəyişikliklər edilməyəcəyi deyilən Coca-Cola Zero Sugar’ın içindəkilər isə aspartam daxil olmaqla əksər hissəsi eyni qalacaq. Coca-Cola Zero Sugar’ın yeni qablaşdırmasının “yaxşılaşdırılmış yeni dad”a vurğu etdiyini bildirən Coca-Cola təmsilçiləri məhsulun tərkibindəki dəyişiklikləri belə açıqlayır: “Coke Zero’ya gerçək Coca-Cola dadını verən çeşidləri daha təsirli bir şəkildə birləşdirdik.”

Həmçinin, məhsulun dadında böyük bir dəyişikliyə gedilməməsindən önə çıxaraq və şəkərin etibarının xüsusilə də son zamanlarda nə qədər düşdüyünü göz önünə alındığında ad dəyişikliyini Coke Zero’da sıfır şəkər olmağını vurğulayan bir marketinq həmləsi olaraq da görmək mümkündür.

Coca-Cola avqust ayında bazara çıxaracağı Coca-Cola Zero Sugar üçün sentyabr-dekabr aylarında bütün məcraları əhatələyən geniş bir kampanya hazırlığındadır. Coca-Cola Şimali Amerika Baş Marketinq İdarəçi Köməkçisi Stuar Kronauge kampanyanın “2005 ilində bazara çıxarıldığından bəri marka üçün etdikləri ən böyük investisiya” olduğunu deyir.

Mənbə: mediacat

Bu bölməyə aid digər xəbərlər.